Florensiyadakı məşhur körpü-Ponte Vecchio. İkinci Dünya Müharibəsində geri çəkilən almanlar Arno çayı üzərindəki bütün körpüləri dağıtmışdılar, bu körpüdən başqa. Almanlar irəliləyən Amerikan qoşunları ilə əlaqəyə keçirlər və söz verirlər ki, körpünü dağıtmayacaqlar, bir şərtlə ki amerika əsgərləri də söz versinlər ki, körpüdən istifadə etməyəcəklər. Amerikanlar sözlərini tuturlar, heç bir əsgər Arno çayını bu körpü ilə keçmir. Beləcə körpü bu günə sağ gəlib çatır.
No comments:
Post a Comment