XVI əsrin Hollandiyasında özünün xarici görünüşündən narazı olan uşaqlara belə rəvayət söyləyərmişlər: Əfsanəyə görə sifət görünüşündən narazı olanlar Eeklo şəhərinə gələrmişlər. Buradakı sobalarda onlar üçün yeni başlar hazırlanarmış. Əvvəlcə başı kəsərmişlər və sonra isə qanı saxlamaq üçün yerinə kələm qoyarmışlar (boş baş simvolu da elə burdan gəlmədi). Kəsilmiş başları ustalara verərmişlər, onlar da xüsusi un və yağdan yeni baş hazırlayıb bişmək üçün sobaya yerləşdirərlərmiş. Ancaq başlar sobadan həmişə istənilən kimi çıxmırdı. Bəzilərinə istilik çox dəyərdi və bu başlar elə “isti” baş olaraq da qalardılar, bəzilərinin simmetriyası pozular və beləcə əcaib görünüş alardılar.
No comments:
Post a Comment