Salerno’lu Trotula. XI əsrin Avropasında həkim olmaq istəyən İtaliyanın Salerno şəhərinə gələrdi. Bu şəhəri dünyanın ilk tibb məktəbi də adlandırırlar. O vaxtlar dini və sosial məhdudiyyətlərə görə kişi həkimlərinin qadınları müayinə etməsi qadağan idi. Buna görə də çox az həkim ciddi ginekoloji problemlərə əlac edə bilirdi. Elə bu zaman Trotula adlı qadın həkiminin ginekologiya və kosmetologiya ilə bağlı iki kitabı meydana çıxır. Hər iki kitabda həkimlərə əl tuta biləcək çoxlu məlumatlar vardı. Lakin XVI əsrdə tarixçi və həkimlərin uzun-uzadı araşdırmaları Trotula adlı qadın həkiminin mövcud olmadığını üzə çıxardı. Kişi həkimləri biliyin bölüşməsi üçün uydurma qadın müəllifi adından istifadə etməli olublar.
No comments:
Post a Comment