Thursday, August 15, 2013

Ommaj

Hommage (hominium). Orta əsrlərdə vassallığı rəsmiləşdirən simvolik mərasim. Vassal olmağa hazırlaşan adam bir dizini yerə qoyaraq (hər iki dizini yerə qoyan yalnız qullar və təhkimçilər idi) və iki ovucunu birləşdirərək feodala (suzerain) tərəf uzadır. Feodal da onun birləşmiş əllərini öz əli ilə birləşdirib və adamın vassallığını qəbul edir. Mərasim vassal ilə feodalın dodaq-dodağa öpüşməsi ilə bitərdi.


No comments: