Saturday, December 15, 2012

Nazım

Nazım Hikmət bütün zamanların ən böyük şairlərindən. İlk şeirini nə zaman eşitdiyimi xatırlamıram heç, amma özümü bildim biləli onun əsərlərini çox böyük həvəslə oxumuşam, həm də dönə-dönə, dəfələrə. Yaxşı işnən məşğul olmaq nədir?, deyə kim isə soruşsa veriləcək bir cavabım heç şübhəsiz vardır. Oxumaq, Nazım şeirlərini oxumaq, çox yüksək səslə oxumaq...Nazım sadə sözlərdən incilər və hikmətlər düzəldən birisidir. Məsələn belə sözlərdən, çox sadə və bəzən çox quru hətta mənasız görünən sözlərdən.....

Üç harf yanyana kaç şekilde gelir bilirmisin? 
Aşk dersin. Sen dersin. Ben dersin.
Sen Ben biter Biz dersin, gün gelir Git dersin
Peki Dur kelimesinden haberdar değilmisin? Dur demeyi bilmezmisin?
Git demek kolar, Dur diyebilecek kadar yüreklimisin?

VƏ ya, necə gözəl anlatmış insanın daxilindəki OLMAQ istəyini.!  

Denizin üstünde ala bulut ,yüzünde gümüş gemi 
içinde sarı balık, dibinde mavi yosun 
kıyıda bir çıplak adam, durmuş düşünür.
Bulut mu olsam, gemi mi yoksa, 
balık mı olsam, yosun mu yoksa?.. 
Ne o, ne o, ne o. Deniz olunmalı, oğlum, 
bulutuyla, gemisiyle, balığıyla, yosunuyla.

Fazıl Sayın Nazım Oratoyosu,  Genco Erkalın səsindən Nazım şeirlərini eşitmək isə bir başqa gözəllikdir. Ola ki gecə yuxusundan ayılasınız, imtahan kimi narahatçılıqları düşünmədən, siz də oxuyasınız ucadan Nazım şeirlərini... Yaşamak mesela...


No comments: