Friday, February 3, 2012

Təhsil krediti söhbətlərindən


Dostumuz, Stokholm İqtisadiyyat Məktəbini magistr tələbəsi,Nuraddin Samadzadeh-in 'Xaricdə təhsil proqramı'-a aid ikinci yazısı və alternativ yanaşması. Birinci yazını oxumadan bunu oxumayın, ardıcıllıq pozulmasın :) Nürəddinin bloqu ən çox həvəslə oxuduğum bloqlardandır, yazı və təhlil səviyyəsi öz sözünü deyir.
 ·  · 

  • You, Tural MemmedovShukran Pervizoglu and 8 others like this.

    • Elchin Rashidov kredit sistemi chox dogru qeyd edilib; qrant kreditle evezlenmelidir. Bunu bu semestr dersde telebelerle de muzakire etmishdik.
      Elave edim ki, kredit bazar qiymetine verilmelidir. Guzeshtler (hem faiz, hem de esas hisse uzre) yalniz qayidib burada ishleyen telebelere tetbiq oluna biler.
      Yalniz, bunun qebuledilmesi (politcal feasibilty) ile her 2 seviyyede problem var. 1) Icra eden her iki hokumet qurumunun bunu basha duchecek capacite-si yoxdur. 2) Cemiyyetin boyuk hissesi free lunch olduguna inanir ve telebeler de bunu duz basha dushmeyecekler

      January 22 at 3:45am ·  ·  1

    • Hasanov Matin Muellif Azerbaycan emek bazarina, telebelerin rasionalligina chox inanir deyesen. Bu da ona icaze verir ki, tehlilini temel iqtisadi prinsipler uzerinde aparsin ve chetinlik chekmeden yaxshi bir neticeye gelsin. Eslinde ise guclu lokal kontekst tehlildeki her bir instrumenti esasli deyishe biler.
      January 22 at 5:16am ·  ·  2

    • Hasanov Matin Elchin muellim, xaricde ikillik tehsil uchun faizle birlikde 50 min manat borcu olan iqtisadchi telebe Azerbaycanda orta ve ya ortadan da yuxari resmi emek haqqi ile chalisharsa bunu neche ile yox, umumiyyetle omrunun sonuna kimi qaytara bilermi? Telebelerden biri meslehet istese ki, hesablamisham, xerc terefi iki ile 50 min manat edir, bes gelir terefine ne daxil edim, o zaman ne cavab vererdik? Olkedeki resmi orta maash, ya deyerdik ki, maash+rushvet?
      January 22 at 5:47am ·  ·  2

    • Elchin Rashidov Matin bey, sualin cavabi olaraq, olkeye qayidan mezuna guzesht tetbiq edilmesini qeyd etmishdim
      January 22 at 11:01am · 

    • Elchin Rashidov Qayitmayanlar krediti tam hecmde odemelidirler. Bu hem edaletli olar, hem de semereli. Men hele tehsil uchun qrant alib qachanlarin choxunun gederken olkeni soymesini demirem. Bu da onlarin qeyri-etik yanlish addimlarini rasionnallashdirmaq ehtiyacindan ireli gelir. Facebook-da da ne qeder istesez rast gelersiz.
      Diger sualiniz - gelir barede, gelir iki hisseden ibaretdir: telebenin maashinda gozlenilen artim, ustegel tehsilin yan tesirleri. Ikinciye misal olaraq bu facebook sohbetlerini gostermek olar.

      January 22 at 11:06am ·  ·  1

    • Hasanov Matin Qayitmayanlar bagli dediklerinizle tam razi. Tehsilin yan tesirlerini men de ehemiyyetli sayiram amma bununla gedib banka kredit odemek olmur. Qayidanlara ise kreditler en kichik faizle, hetta faizsiz bele verdikde resmi seviyyede xaricde oxumushun maashi ile oxumamishin arasindaki ferqi ve umumilikde emek haqqi seviyyesini nezere alib 50 min manat ohdelik goturmek hech bir halda rasional gorsenmir. Tebii ki chox kichik istisna maashli ishleri nezere almasaq.
      January 22 at 11:18am · 

    • Elchin Rashidov Matin bey, lap yuxarida qeyd etmishdim, guzesht yalniz faize deyil, hem de esas hissenin odenishine tetbiq edilir, bu da borclunun borcdan xilas edir.
      Ohdelik goturmesi tebiidir ve vacibdir. Guzehstin hecmi qayitmaq uchun stium olacaq

      January 22 at 11:33am · 

    • Elchin Rashidov ‎*stimul
      January 22 at 11:33am · 

    • Hasanov Matin Telebenin ozunun de dovletle beraber az da olsa xerc chekmesi elave bir mesuliyyet yaradir. Amma dovletin rolu yene de qalir, sadece evvel adi qrant idi, indi ise kredit amma esas meblege ve faize guzeshtle. Mahiyyetce bir az eyni sisteme oxshadi. Her ikisinde dovletin musiqi sifarish vermek imkani qalir. Eger free lunch yoxdur deyirikse, onda eyni prinsip olkdedaxili tehsile de tetbiq oluna biler.
      January 22 at 12:45pm ·  ·  1

    • Nuraddin Samadzadeh İcazənizlə müzakirəyə müdaxilə edirəm.
      İlk növbədə deyim ki, yazını yazanda çox adamın razılaşmayacağını gözləyirdim. Yuxarıda deyildiyi kimi, çoxları free lunch olduğuna inanır və dövlətin daha az xərcləməli olması fikrini az adamın qəbul edəcəyini hesab edirdim. Ona görə Elchin m.-ə mənimlə oxşar fikirləri bölüşdüyü üçün təşəkkürlər.

      Əsas məsələ tələbənin ona çəkilən maliyyə xərclərində məsuliyyəti bölüşdürməsidir. Hal-hazırda tələbə təhsil xərcləri ilə bağlı heç bir məsuliyyət daşımır və bu, bəzi arzuolunmaz nəticələrə gətirir. "Mahiyyətcə oxşar" olması fikri ilə razılaşmıram, mahiyyətcə böyük fərq var.

      Ölkədaxili təhsilə gəlincə, əlbəttə tətbiq oluna bilər və mən anladığımdan tətbiq olunur da.

      January 22 at 1:13pm · 

    • Hasanov Matin Nuraddin, mahiyyetce oxsharliq dedikde senin yazindaki ixtisaslarin bazar ya dovlet terefinden sechilmesi meselesinden gedir sohbet. Dovlet deyir ki, zootexnik ixtisasi uzre xaricde oxumaq isteyenin butun xerclerini, deyek ki 20 min avrosunu odeyirem. Ikinci sistemde ise sen ozun bashqa ixtisas tapib 20 minlik kredit goturmek isteyirsen, dovlet ise deyir ki, senin ixtisasina pul vermirem. Eger zootexnik oxusan 20 min kredit verirem, amma faizsiz, bir de 20 minden de 15 min kechirem (bunun adina kredit demek mumkundurse eger). Her iki sistemde zootexnik ortada qalir.
      January 22 at 1:30pm ·  ·  1

    • Nuraddin Samadzadeh Mən birinci hissədə də yazmışdım, prioritet ixtisaslar siyahısının hazırlanması düzgün deyil. Əgər kimsə hesab edirsə ki, onun təhsildən alacağı əlavə əmək məhsuldarlığı həmin təhsilə çəkilmiş xərci qarşılamağa bəs edəcək, həmin şəxs təhsil almaq imkanında olmalıdır.

      Ortada böyük fərq var, əgər zootexnikin təhsili ona 20 minlik fayda verməyəcəksə, həmin adam təhsil almaqdan imtina edəcək sadəcə.

      January 22 at 1:35pm · 

    • Elchin Rashidov Dovlet sifarishi meselesinde paternalist ve liberal yanashma arasinda qizil orta tapilmalidir. Chunki tehsilden gelen gelir yuxarida qeyd edilen 2 hisseden ibaretdir. Birinci hisseni (mezunun artan qazanci) bazar ozu tenzimleyecekse, ikinci hisseni (musbet yan tesir) tenzimlemeyecek ve dovlet yan tesirleri boyuk olan ixtisaslara guzeshtin derecesinde ustunluk vere biler ve bu daha semereli olar. Meselen, education policy oxuyan MBA oxuyana nisbeten daha chox guzesht elde edir
      January 22 at 3:45pm · 

    • Nuraddin Samadzadeh Qismən razıyam, geri ödənişlərə verilən güzəşti externality-ləri qarşılamaq üsulu kimi nəzərdən keçirmək olar. Dövlətin müdaxilə edərək güzəşt verməsi məncə orta nöqtədir, nə tam liberaldır, nə tam paternalist.
      Sadəcə bir potensial problem var. Əgər hansısa sahədə güzəşt digər sahələrə nisbətən daha çox olarsa, həmin sahədə karyera haqqında düşünməyənlər belə bu sahə üzrə oxumaq üçün müraciət etməkdə maraqlı olacaqlar.

      January 22 at 3:53pm · 

    • Nuraddin Samadzadeh Əlavə: ideanın davamı olaraq, güzəştlər təhsilin hansı sahədə olmasına əsasən deyil, qayıtdıqdan sonra hansı sahədə çalışmasına əsasən verilə bilər. Yuxarıdakı problemin qismən həll üsulu
      January 22 at 3:55pm · 

    • Elchin Rashidov bu problem deyil, yan təsiri böyük olan ixtisaslar üçün yaradılmış əlavə imkandır. Səmərəlilik naminə, güzəştin miqdarı ixtisaslar üzrə yan təsirə mütənasib olmalıdır. Məsələn, Policy oxuyan 100 min təhsil xərclərinə görə 80 min, MBA oxuyan isə yalnız 50 min güzəşt alır
      January 22 at 4:24pm · 

    • Nuraddin Samadzadeh başa düşdüm sizin fikrinizi, mənim dediyim problem əgər bir sahəyə digərlərindən güzəşt böyük olarsa, həmin ixtisas üzrə işləmək fikri olmayanların da həmin sahədə təhsil almaq istəməsidir.
      January 22 at 4:27pm · 

    • Elchin Rashidov ona görə yazdım, bu problem deyil, imkandır
      January 22 at 4:43pm · 

    • Nuraddin Samadzadeh bəlkə də, amma qayıtdıqdan sonra həmin sahədən uzaqlaşacaqsa, verilmiş güzəştə uyğun yan təsirin olacağı mənə intuitiv gəlmir
      January 22 at 4:48pm · 

    • Elchin Rashidov deyirsiz yan tesir yoxdur? Yoxdursa tehsile umumiyyetle kredit-guzesht ayrilmamalidir
      January 23 at 1:01am · 

    • Nuraddin Samadzadeh icazənizlə fikrimi bir daha təkrarlayım. Əgər hər-hansı bir sahəyə verilən güzəşt digər sahələrə verilən güzəştdən daha çox olarsa, həmin sahədə fəaliyyət göstərmək fikri olmayanlar da bu sahə üzrə müraciət etməkdə maraqlı olacaq (sadəcə xaricdə oxumaq xatirinə oxumaq və geri göndükdən sonra daha az pul geri qaytarmaq üçün). Belə olduğu halda, həmin adamların yaradacaqları yan təsir onlara ayrılan güzəştin məbləğinə uyğun olmayacaq (umumiyyətlə olmayacaq deyil).
      January 23 at 1:52am · 

    • Elchin Rashidov Nureddin bey, son cümlə isə əsaslandırılmayıb. Birinci hissəyə isə yuxarıda cavab verilib. Problemdir deyib israr edirsizsə, gərək ünvanı göstərəsiz: kimin problemidir? Burada tələbə razıdır, hökumət razıdır və iqtisadiyyat da xeyrini görür
      January 23 at 2:45am · 

    • Elchin Rashidov Bir sözlə, daha səmərəli və ədalətlidir. Yeri gəlmişkən, bunu tələbələr policy analysis dərsində inişil müzakirə edib 2 variantı bəyəndilər. Biri kredit, digəri də maraqlıdır amma daha qəlizdir, vaxt olanda yazaram. Sonra onları imtahan suallarına da saldım. Tapşırığın davamı olaraq icra zamanı mümkün risklər və qiymətləndirmə ilə də bağlı qeydlər etdilər
      January 23 at 2:49am · 

    • Nuraddin Samadzadeh Elçin m, daha əvvəlki şərhimdə dediyim kimi, ilkin baxışdan mənə intuitiv gələni bölüşdürdüm. Mübahisə məqsədi ilə deyil, sadəcə fikrimi bölüşmək üçün yazdığım üçün detallı əsaslandırmağa ehtiyac hiss etmədim.

      Problem deyərkən proqramdan sui-istifadəni nəzərdə tuturam. Əgər məhdudiyyət qoyulmadan kredit üçün müraciət edən hər kəsə maliyyələşmə ayrılarsa, bu problemin ciddi bir social cost-u olmayacaq. İstənilən halda, verilən güzəştlərin məbləğində ayrıseçkilik edilirsə, məncə geri qayıtdıqdan sonra fəaliyyət sahəsinə əsasən etmək daha düzgündür, amma niyə belə düşündüyüm haqda daha ətraflı yazıb mübahisə etmək niyyətim yoxdur.

      İkinci varianta gəlincə, mənə çox maraqlı olardı onun haqqında da oxumaq.

      January 23 at 1:05pm · 

    • Nijat Javanshir Ölkəyə qayıdan uşaqlara güzəşt etmək, qayıtmayanlara isə müəyyən vaxt verməklə full charge etmək fikrilə razıyam. Bu sistem tələbələrin qayltmasını stimullaşdırar, eyni zamanda onlara istədikləri seçimi etməyə imkan verər.

      Qaldı ki, proqramdan sui istifadəyə, düşünürəm ki, hansısa sahəyə daha çox güzəşt edilərsə, bu həmin sahəyə daha çox tələbəni heç bir mənfi kənar təsir olmadan (əksinə müsbət kənar təsirlə) cəlb edə bilər, lakin verilən güzəştlər arasında hansısa ixtisasa verilən güzəştdə çox fərq olarsa, onda bu həmin ixtisasda oxumaqla proqramdan sui-istifadə etmək təhlükəsini də artırar. Burada, dəqiq sərhədi müəyyən etmək çətindi, ona görə ən düzgün seçim o zaman olar ki, prioritet sayılan ixtisaslara digər ixtisaslarla müqayisədə verilən güzəştin digər ixtisaslardan fərqi maximum 15-20%dən çox olmasın. Hesab edirəm ki, bu proqramdan sui istifadəni azaltmaqla müsbət kənar təsiri artırar.

      January 23 at 3:26pm · 

    • Elchin Rashidov Salam Nicat. Proqramdan sui istifade ne demekdir?
      January 24 at 1:02am · 

    • Elchin Rashidov Nureddin bey, ikinci variant barede yazaram, ele telebenin ishini mumkun olsa paste ederem. "Sui istifade" amil deyil, yoxsa gerek hech kime hech ne guzesht edilmesin. Proqramla kim oxumaq isteyirse, sherait yaratmaq lazimdir, sadece birine chox, digerine az.
      Policy oxuyanin gelirleri cemiyyete dagilir, ona gore daha chox guzesht edilir.
      MBA az olan kateqoriyada olmalidir, chunki bundan iqtisadiyyata gelirler esasen ozel gelirlerdir, yan tesirler azdir. Bu hem de mezun uchun ustunlukdur, gelirler ozel oldugundan krediti de asanliqla qaytaracaq. Bu sahede bu gozlenilen ozel gelirleri goz qabagina getirerek, oz hesabina ACCA, CFA ve s kurslarda ishtirak edenler choxdur. Onlari oxumaq, amma pulu chatmayanlarin choxu cemi min manat guzeshte de razidirlar. Yeri gelmishken, ikinci variant da ele bu prinsip uzerindedir

      January 24 at 1:13am · 

    • Nijat Javanshir Elchin mellim salam :) Proqramdan sui istifade etmek dedikde bunu nezerde tuturam: misal ucun, bir telebe gorur ki, proqram pulsuzdur, amma teqaud ancaq kend teserrufati sahesine verilir, ona gore telebe gedib hemin saheni oxuyur, chox bahali bir universitetde. sonra ise olkeye qayidanda gorur ki, bu sahede bir sherait yoxdu, ona gore gedir muhasib ishleyir. eslinde hec bir sherait olmayacaghini da evvelden texmin edirdi, amma ki, free public good, hami istifade etmek isteyir.
      January 24 at 11:46am · 

    • Fariz Huseynli maraqli yazi ucun cox sagol Nureddin. gec de olsa istedim men de qisa bir fikrimi qeyd edim, eslinde kredit meselesi cox dogru teklifdir. hazirda cox yaxsi univlerde baha qiymete oxuyan genclerimiz var ki, pulu ABS banklarindan almaga mecburdurlar. duzdu daha cox MBA ucundu, cunki elave deyer en cox bu degree ile artir. yene de Neft Fondundan bu meqsedle mueyyen miqdar ayrila biler. amma mueyyen muddet sonra banklari da bu prosese qosmaq lazimdi. bir meqam var ki, pulun qaytarmama riskini nece idare etmeli? qayidana asagi faiz verib celb etmek olar. yene de boyun qaciran ve borcu odemeyen telebenin uzerinde nezaret sistemi yaradilmalidir. prioritet meselesi ele de problem deyil. hokumet de bu sistemde bir alicidirsa, ona lazimli ixtisaslara bezi incentive teklif etmelidir. prioritet olanda menfi terefleri qeyd etmisen, amma prioritet olmayanda bele olacaq ki, tutaq ki, hokumetin qida muhendisine ehtiyaci var, oz tehsil sistemi zeif kadr yetisdirir, amma prioritet mueyyen edib ona ustunluk vermediyi ucun yaxsi kadr elde ede bilmir, bu isi keyfiyyetsiz kadra verir. mence bunun zereri daha coxdur.
      January 24 at 11:28pm · 

    • Nuraddin Samadzadeh Elçin m., başa düşdüm sizin fikrinizi. İlkin firimin üzərində qalıram :)

      Fariz m., siz çox sağ olun oxuduğunuz və xoş sözlər üçün. Yazıyla bağlı gözlədiyimdən daha çox feedback almışam, yığılmış fikirlərin itməməsi üçün davamını yazmağı düşünürəm. Ona görə sizin suala tam ətraflı cavab verəməyəcəyəm.

      Prioritet ixtisaslarla bağlı olaraq. Daha yuxarıda demişdim, mənim fikrimcə güzəştlər tələbənin oxuduğu sahə ilə bağlı olaraq deyil, fəaliyyət sahəsinə görə verilməlidir. Dövlət də oxşar addımlar ata bilər, məs, dövlət işində çalışan tələbələrin ödənişin bir hissəsindən azad etməklə də eyni incentive vermək mümkündür.

      Mənim fikrimcə qaydalar hammı üçün eyni olmalıdır. Dövlətin özünün verdiyi incentive-lər yalnız dövlət və dövlətlə əlaqədar işlərlə məhdudlaşmalıdır. Dövlət özəl bazarda hansı sahələrin daha çox lazım olması haqqında qərar verməməlidir və özəl bazarda incentive-lərin yaradılmasını bazarın öz öhdəsinə buraxmalıdır. Məsələn, sizin dediyiniz qida mühəndisinə tələb daha çox özəl bazar tərəfindən olur, nəinki dövlət orqanlarından və mən dövlətin özəl sektor üçün planlama aparmasının əleyhinəyəm. Yenə də, dövlət kiçik rol oynaya bilər və daha konkret mexanizm haqqında bloqun sonrakı yazısında yazmaq istəyirəm.

      Geri ödənişə gəlincə, mən iki variant haqqında düşünə bilərəm və heç biri mənə ideal gəlmir:

      1. Geri yığılmanı vergilər nazirliyinə tapşırmaq. Geri qayıtdıqdan sonra tələbənin qazancından avtomatik olaraq ödənişləri vergi ilə birlikdə çıxmaq. Konvert sistemi inkişaf etmiş Azərbaycanda risklidir.

      2. Girov tələb etmək. Incentive kimi də yaxşıdır, tələbə təhsilin çəkilən xərc əvəzində yaradacağı dəyər haqqında daha ehtiyatla düşünəcək və lazımsız risk götürməyə daha az meylli olacaq. Çatışmazlığı, geri ödəniş edə bilməyənlərin sərt cəzalanması və əmlakının dəyəri təhsil haqqına uyğun olmayan tələbələrin imkandan məhrum olmaqları.

      Bank sistemi bu xidmətləri göstərə biləcək qədər inkişaf etməyib əfsuslar olsun ki, hazırki faiz dərəcələri və verilən kreditlərin müddətini nəzərə alanda mən əmin deyiləm dövlət müdaxiləsi olmadan bu kreditlərin verilməsini yaxın zamanda həyata keçirmək mümkün olsun.

      January 25 at 11:15am ·  ·  1

    • Fariz Huseynli vaxt azligindan sadece prioritetle bagli fikrine munasibet bildirim. meselen gida muhendisi dovlete lazimdi cunki qidalari ekspertizadan kecirmelidir. ozel sektorun oz secimini etme ve incentive qurma haqqi oldugu kimi dovletin de var. dovlet oz ehtiyacini mueyyen edir ve ona gore davranir, ozel sektor da ozu. elbette ozel sektor ucun dovlet mexanizm hazirlayir ve fondun pulundan komek edir telebelere. amma ozunun ehtiyacini da odemek ucun tedbir gormelidir. belke ozel sektora lazim deyil qida eksperti. onda nece olacaq.
      January 25 at 11:47am · 

    • Nuraddin Samadzadeh dövlət işində çalışanlar üçün dövlət güzəşt verə bilər. Dövlətin funksiyası məlumatı mümkün qədər simmetrik olmasını təmin etməkdir ki, tələbələr qərar verərkən dövlətdə hansı sahələrdə tələb olmasını bilsinlər
      January 25 at 11:50am · 

    • Nuraddin Samadzadeh sadəcə sahələrin bir çoxunda oxuyanlar son nəticədə dövlət işində deyil, özəl bazarda çalışacaqlar. Əgər dövlət güzəşti hamıya tətbiq edərsə, özəl bazarın bir sahəsi digərindən daha üstün vəziyyətdə olacaq.

      Ona görə məncə dövlət ya:
      1. Hansı sahələrdə tələb var elan etməli, sonra qayıdıb dövlət işində işləyənlərə əlavə güzəşt verməli
      2. Əvvəlcədən işə qəbul etməli, işə qəbul olunanların təhsil almaqları üçün şərait yaratmalı və geri qayıtdıqdan sonra onların geri ödənişində güzəşt verməli

      Oxşar mexanizmləri özəl bazar da tətbiq edə bilər və indi bəzi neft şirkətləri edir də. Sadəcə fikirlərimi tam formalaşdırıb növbəti yazıda daha ətraflı yazmaq istəyirəm

      January 25 at 12:08pm · 

    • Elchin Rashidov Nicat, bu public good deyil:) Amma əsas, free deyil. Tələbə borc alıb investisiya edir. Üstəgəl həyatının 2 ən qiymətli ilini investisiya edir.
      O həkim vəya biznesmen olmaq istəyirsə, sənin dediyin kimi, kənd təsərrüfatında daha çox güzəşt görürsə, niyə gedib aqronom oxusun? Kəfən ucuz olanda adam özünü öldürməz ki:) Hansı asandır? Biznes vəya tibb oxuyub gəlib biznes/tibb üzrə işləyərək borc qaytarmaq? Yoxsa aqronomluğu oxuyub gəlin həkim vəya biznesmen kimi çalışaraq borcun yarısını qaytamaq?

      January 25 at 2:03pm ·  ·  1

    • Elchin Rashidov Fariz, elədir, ABŞ-da banklar MBA üçün daha çox və daha böyük miqdarlarda kredit verirlər. Amma ona görə yox ki, burada daha çox əlavə dəyər yaradılır. Bankları başqa şey, kreditinin qaytarılması ilə bağlı risklər maraqlandırır.
      January 25 at 2:08pm · 

    • Elchin Rashidov Nurəddin, yox, sən öz fikrində qalmırsan:) Özünün sonuncu fikrini oxu, görəcəksən artıq sən də güzəşt üzrə differensial sistemin tətbiq edilməsinin tərəfdarısan:)
      January 25 at 2:10pm ·  ·  1

    • Farhad Parvizi Dövlətin ucuz kredit ayırması və təhsil sisteminə müdaxiləsinin qorxun nəticələrini ABŞ-da artlq görürük. Təhsil haqqları son 30 ildə 10 dəfə artıb, digər tərəfdən real sektorda kadr çatışmamazlığı və sosial sahələrdə parazitik və faydasız təhsil alanların sayı da artıb. Bunuların nəticəsind universiteti bitirərkən tələbələr 100 min borcla və ümumiyyətlə işsiz qalır. Bu kreditləşma olmayanda nə olurdu? ABŞ-da təhsil səviyyəsi aşağı idi? İşsizlik çox idi? Əksinə. Təhsil ucuz olduğundan, uşaqların valideyinləri pul yiğaraq uşaqlarnı oxutdura bilirdilər. Həmçinin tələbələr yarım ştat işə düzələrək, təhsil haqqlarını ödəmək bacarığında olurdular. Məhz bu sistem bazar tələblərinə uyğun kadrların hazırlanmasına imkan yaradırdı.
      January 25 at 2:40pm · 

    • Farhad Parvizi Bizdə olan sistemə gəldikdə, dövlətin "prioritet" hesab etdikləri sahələrə pulların yönəltməsi təmamilə səhvdir. Mən əminəm ki, 100 ildən sonra belə, milyardlarla dollar xərcləsək belə, bizdə nə turizm inkişaf edəcək, nədə ki İnformasiya Texnologiyaları sahəsi. Hökumət nümayəndələri başa düşməlidilər ki, qanun və proqram qəbul etməklə hər bir millətə maxsus "müqayisəli üstnlüyü" yaratmaq olmayacaqdır. Bu üstünlüyü bazar təyin etməlidir, məmurların xizək sürməyə qarşı sevgisi yox. Bazara isə azadlıq vermək lazımdır, hansl ki, bizdə yoxdur. Məhz bu baxımdan, indi xaricdə təhsil alanların əksəriyyəti Azərbaycanda özünə uyğun iş tapa bilməyəcək və Azərbaycanı tərk etməli olacaqlar.
      January 25 at 2:45pm · 

    • Farhad Parvizi And just be careful of that lestist ideas of free lunch and government spending. Government has no money. In order to give something to someone, they need to take it from someone else. P.S. Oil money is also not goverment's, but ppl's.
      January 25 at 2:50pm · 

    • Elchin Rashidov Fərhad bəy, qorxunc deyəndə, ABŞ-da dəqiq nə gördüz? Dünyanın ən pis universitetləri və ən aşağı kadrları?
      January 25 at 4:08pm · 

    • Farhad Parvizi Borc içində tələbələr gördüm. Əhəmiyyət kəsb etməyən ixtisaslar üzrə təhsil alan və iş tapa bilməyən mütəxəssislər gördüm. Təhsil qiymətlərin dəhşətli dərəcədə qalxdığını gördüm. Harvard 50 il bundan öncə yaxşı universitet olduğu kimi, indidə belədir. Tələbələrə verilən güzəştli kreditlər nə təhsil keyfiyyətinə, nə işsizliyin azalmasına, nə yeni kəşflər etməyə müsbət təsir göstərməyibdir. Sadəcə olaraq insanları borc içinə salıb və müflisləşdirib.
      January 25 at 4:11pm · 

    • Fariz Huseynli Elcin, MBA alanin maasinda daha cox ferq olur, daha cox is tapa bilme imkanina sahibdir ves. kimi ehtimallar onun riski azaldir. elave deyer deyende telebenin ozu ucun gelir baximindan elave deyer nezerde tuturdum. Ferhad bey men sizinle razi deyilem. duzdu bezi telebelerin 100 minlerle borcu olur amma haminin yox. men univ.de ders deyirem, bizde tuition ele baha deyil ve mezun olanda tapdiqlari isde orta maas 35-40 min dollardi ki, bir iki ile borcu odeme imkani coxdu. yox eger men mutleq Rice Univ.de oxuyacam 90 min dollarliq programda ve bu mene havayi olsun deyirse telebe, bele olmayacaq. ABSda ucuz ve keyfiyyetli univler de var, baha ve cox keyfiyyetli univler de. hemise deyirler telebelerin borcunu artirdi kredit sistemi, amma demirler nece telebeye kredit sistemi imkan verdi guclu tehsil almaga. kredit sistemi tehsilin keyfiyyetini artmirmaq ucun yaranmayib, imkani olmayanlara imkan yaratmaq ucundu. tuitionun artmasina biraz tesir etse de cox basqa amiller var..
      January 25 at 4:21pm · 

    • Farhad Parvizi Fariz, Siz mənimlə razı olmaya bilərsiniz, ancaq statistika razıdır. Məhz bu səbədən tələbə borclarının bağışlanması indi ABŞ konqresində gündəmdədir. Əgər hazırki təhsil sistemi belə effektiv olsaydı və "güclü" təhsil versəydi,indi ABŞ nə böhranlar görəcəkdi, nə işsizlik, ndə ki OWS hərəkatını. Hər bir şey "bomba" olacaqdır. Ancaq, əfsuslar, belə deyil. Bazarda formalaşan faiz dərəcəsindən aşağı kreditlər "mailinvestment"-ə səbəb olur. Dövlət zəmanətinin verilməsi kapitalın daha effektiv sahələrdən reallokasiyasına səəb olur. Bunlar hamsı bir yerdə əhəmiyyətsim məhsulların yaranmaslnl şərtləndirir və "bust" siklini işə salır.
      January 25 at 4:30pm · 

    • Elchin Rashidov Fariz, elədir, mən də onu deyirdim. Solvency MBA tələbələri üçün çoxdur, ona görə banklar üçün cəlbedicidir. Amma orada spillover aşağı olduğundan az subsidiyalanmalıdırlar.
      January 25 at 4:31pm · 

    • Fariz Huseynli spillover niye asagidi Elcin?
      January 25 at 4:31pm · 

    • Elchin Rashidov Farhad bey, tələbə borc içindədirsə, deməli təhsil alıb və bu yaxşıdır və kredit sistemi olmadan təhsil ala bilməyəcəkdi. Borcların bağışlanması və konqresde gündemde olması da yaxşı haldır.
      Kreditin keyfiyyete tesir etmemesi ve sair mühakimələr isə əsassızdır. Bu barədə araşdırma vəya məntiqi mühakimə olarsa baxardıq.
      Bir neçə şey qeyd edim:
      ABŞ ali təhsilinin yeri dünyada son dövrlərdə möhkəmlənib.
      Ali təhsilin subsidiyalaşdırılması səmərəlidir. Hətta dövlətin rolu burada birinin pulunu alıb digərinə vermək olsa da.
      Nurəddin bəy bu subsidiyanın mexanizimini dəyişməyi yazıb, qrantdan kreditləşməyə. Bu səmərəli və ədalətli bölgünü təmin edər.
      ABŞ Avropa qədər subsidiyalalaşdırmada ifrata varmır və ABŞ universitetləri pulsuz deyil

      January 25 at 4:35pm · 

    • Farhad Parvizi Btw, that's not my crappy idea on malinvestments, this is Austrian Theory of Trade Cycle and Hayek got a Noble Prize for this in 1974 (not that I trust this prize too much)
      January 25 at 4:37pm · 

    • Fariz Huseynli Ferhad bey, bu gun Congressde cox mesele var, bu o demek deyil ki, hamisi effektivsizliyi gosterir. Telebelerin borc meselesini siyasetciler oz meqsedleri ucun istifade edir bu gun. o dediyiniz statiskalari mene gonderin men de baxim gorum tam olaraq neyi muqaise edirsiz. o ki qaldi bohrani tehsil sisteminin zeifliyi ile elaqelendirmek, ne deyim teki kas ele tehsil sistemi gunahkar olardi ancaq. amma men oz fikrimi izah edim borc nece issizlik ve problem yarada biler. evvela borclanmaq telebelerin daha bahali mekteblerde oxuma imkani yaratdi. bahali yerlerde oxuyanlarin sayi artdi ve bu telebeler de adeten mehdud is yeri ucun mubarize aparirdilar, isyerleri eyni suretle artmadi. belelikle reqabetden kenar qalan cox telebe oldu ki, asagi maasla isi goturmek onlarin borcunu odemeye komek etmedi. amma yuzlerle telebe borcdan istifade edib yaxsi tehsil alirlar. diger terefden kredit sistemi olduguna gore telebe ve ailelerin ustunde yuk azaldi, onlar indiden nagd odemekdense kredit almaga ustunluk verdiler. biraz capitallasma derecesini azaltdi, amma bu da ailelerin, telebelerin secimi idi. hec de hami 100 minlik mekteblerde oxumur, imkani olan oxusun, olmayan borc almaq isteyir ona da imkan var. esas odur ki, potensiali olan telebeni ilkin kapitali olmadigina gore kenarda qoymamaq. o ki qaldi ABS univlerinin keyfiyyetine, herhalda problemleri olsa da, dunyanin ilk 100 univ. daxilinde ekseriyyeti ABS univ.dir. en cox research aktivliyi yene ABSdadir. yaxsi tehsil hec vaxt bohran olmayacaq demek deyil...
      January 25 at 4:45pm · 

    • Farhad Parvizi Bunlar hamsı gözəldir və medalın bir tərəfidir. Sual olunur - niyə görə təhsili daha əlçatan olmasına baxmayaraq, ABŞ universitetlərinin dünyanın ən yaxşı olduqlarına baxmayaraq ABŞ-da işsizlik artır? (son rübü nəzərə almayın, bu QE-lərin nəticəsidir və bir azdan puç olacaqdır). Mən sizə deyim niyə görə. Bazaq qiymətindən aşağı verilən kreditlər və dövlət zəmanətinin verilməsi iki şeyə səbəb oldu - ilk öncə ali təhsili daha əlçatan edərək, gələcəkdə santexnik, molyar, qəssab, fermer və s. işləyəcək insaları MBA, psixologiya, iqtisadiyyat, maliyyə, sosial elmlərlə məşğul olmağa vadar etdi. Lakin bu kreditlər süni olduğundan, yəni insanların əmanətləri yox, çap presindən və ya dövlət borclanmasından yarandığından, gələcək biznesin artımı gözlənilən kadrlardan aşağı oldu və bunların heç birinə ehtiyac olmadı. Bununla belə, alınan kreditlərin qaytarılması qeyri-mümkün oldu (ipoteka krisizində baş verdiyi kimi). İkinci baş verən məqam, kapitalın reallokasiyası oldu. Təhsil kreditlərinə yönəldilən vəsaitlər digər effektiv sahələrdən pulları götürərək, daha çox fayda gətirə biləcək sahələrin yaranmasını dayandırdı. Bu gələcək bazar ekvilibriumunu daha çox pozaraq kadr tələbatını daha da azaltdı. Və "voi la", ABŞ-da indi baş verənləri aldıq.
      January 25 at 4:56pm · 

    • Fariz Huseynli http://www.finaid.org/loans/ bu saytda borc statistikasi var. mediana baxsaq 100 minlik borcun hec de cox telebede olmadigini gorerik. median bakalavr ucun 20 mindir. masterde qaldir 40 mine. bundan elave dediyiniz duzdu labor force ve employment structure da deyisiklik oldu. amma bele cixir MBA ile santexnikin aliciliq qabiliyyeti eynidir? default ratelere baxanda en cox artimin 2 illik mekteblerdedi. men de raziyam is yerleri oxuyanlarin sayina paralel olaraq artmadi, bunu qeyd etdim. yene de umumi default rate baxsaq reqemlerin cox da dramatik olmadigini gorerik. hetta 90ci illerde azalib. duzdu ola bilsin bezi gelir qrupu ucun artib, bezileri ucun dusub. http://www2.ed.gov/offices/OSFAP/defaultmanagement/defaultrates.html

      www.finaid.org
      An education loan is a form of financial aid that must be repaid, with interest....See More
      January 25 at 5:32pm ·  · 

    • Hasanov Matin Chox aydin olan bir shey var. Azerbaycanlidan defelerle chox gelir qazanmaq imkani olan amerikan telebe tehsil xercinin altinda chabalayir, biz de oz telebemize kredit verek getsin Amerikada oxusun ve gelib ayi 500 manata hem kredit qaytarsin, hem yashasin. Ona gore de dovletin subsidiyasinin vacibliyi ortadadir. Mesele qrantdan kredite kechmek kimi yox, qranti azaldib bir hissesini telebenin uzerine qoymaqla effektivliyi artirmaqdir. Debat burdadir. Kredit sozune ehtiyac hardan qaynaqlanir, anlashinal deyil.
      January 25 at 5:34pm · 

    • Elchin Rashidov Mətin bəy, dövlətin subsidiyası vacibdir, amma ona görə vacib deyil ki tələbə borcdan xilas olsun vəya free lunch-dır deyib kef elesin. ABŞ-da isə heç kim çabalamır, kredit götürüb Farizin sözü olmasın, santexnikdən MBA məzununa çevriliblər, bazar dəyərləri artıb, onu da 25 ilə (!) qaytaracaqlar
      January 25 at 11:59pm · 

    • Elchin Rashidov Fariz, yuxaridaki sualına: policy is a public good and will therefore be underinvested without government intervention and support. MBA amma ozel bir sheydir, yani iqtisadiyyata deyecek xeyrin choxunu ele mezun ozu goturur ve spillover-e daha bir shey qalmir (umumiyyetle tehsilin yaratdigi kriminalin azalmasi ve investisiyalarin artmasi ve tehsilin yayilmasi faktorlarini nezere almasaq).
      Yeri gəlmişkən, sən istisnasan:) biznes təhsilin ola-ola burada və başqa yerlərdə böyük spillover yaradırsan (baxmayaraq ki bizdən qaçmısan UzaqGet şəhərinə:)). Amma sən MBA deyil PhDsən və həm də policy ilə çox məşğulsan, bu da puzzle-ı izah edir:)

      January 26 at 12:07am ·  ·  1

    • Farhad Parvizi Fariz bəy, defaultların artmamasının səbəbi Fed-in 16 trilyonluq əlavə monetar ekspansiyasıdır. Başqa heç bir səbəbi yoxdur. Faktlara baxsan, 1990-ci ildən bəri ABŞ-da orta hesabla tutitin cost 37 faiz artıb (inflation adjusted) http://nces.ed.gov/fastfacts/display.asp?id=76Bunun səbəbi dövlət zəmanətininin (yəni vergi ödəyicilərinin zəmanətlərinin) verilməsi ilə bazar reytindən aşağı faizlərin verilməsi nəticəsində süni tələbin yaradılmasıdır. Süni yaradılan hər bir tələb malivestmentə çevriləcəkdir və over-production baş verəcək. Bu klassik dövrədir.
      January 26 at 3:50am · 

    • Farhad Parvizi Mətin, dövlətin pulu yoxdur ki, kimsə subsidiya versin. O gərək o pulu insalnalrda alsın, sonra digər bir qrup şəxsə versin. Dövlətin edə biləcəyi ən yaxşı şey - neft fondunu bağlamaq, 50% gəlirlərini öz xərcləri üçün götürmək, digər 50% xalqla paylaşmaqdır. Həmçinin manatın dollara peg-ini götürərək, manatın güclənməsinə şərait yaratmaq. Bunlar hamsı yerli bnklarda əmanətlərin artımına səbəb olacaq kredit üzrə gəlirlik dərəcələri düşəcək və xaricdə oxumaq istəyən tələbələr bazar şərtlərinə uyğun kredit götürərərk təhsillərini davam etdirəcəkdir. Bu zaman manatın güclənməsini nəzərə alsaq, xaricdə təhsil daha da ucuz olacaqdır. Həll bundadır, dövlətin insanları güclə soyaraq (vergi toplayaraq) bir qrup şəxslərin mənafeidə xidmət etməməmlidir.
      January 26 at 3:54am · 

    • Hasanov Matin Farhad, butun bu yazdiqlarini ede bilecek dovletden uzaga getmeyib sadece onu istemek olmazmi ki, daxilde tehsilin keyfiyyetinin artirilmasinda oz rolunu yaxshi oynasin ve ya rolu yoxdursa oyundan chixsin? Belelikle hech xaricde tehsil almaga o qeder de ehtiyac qalmaz
      January 26 at 5:55am · 

    • Hasanov Matin Santexnik meselesi Nuraddin qardashimiz uchun daha maraqli olar ki, ozel olaraq bazara soykenib ixtisas sechiminin hemishe ugurlu ola bilmeyeceyine bir numunedir. Bashqa yerli bir fakt. Azerbaycandan yuzlerle telebe var ki, xaricde dil ve edebiyyatshunasliq uzre oz isteklerine uygun olaraq tehsil aliblar ve ya almaqdadirlar. Emek bazari baximindan bu ixtisaslar uzre Azerbaycanda neinki yuksek gelirli ish, hech ele bele bosh qalmayib ishe getmek uchun imkan yoxdur.
      January 26 at 6:09am · 

    • Elchin Rashidov Santexnik meselesini duz anlamadiz, o ixtisasini duz sechib MBA olur. Bazarda tehrif ve assimetriya var, buna dovletin korrekte eden rolu lazimdir, amma bu deyilen misal ona aid deyil ve bashqa sheyi izah edir.
      Yeri gelmishken, yuxarida geden neft fondu, malinvestment ve s de yarimchiq sohbetlerdir, ve bu tehsil islahati muzakiresine dexli yoxdur

      January 26 at 12:27pm ·  ·  1

    • Fariz Huseynli Ferhad bey haqlisiz suni mudaxileye men de razi deyilem, xususen de ABSda. ancaq bezi demoqrafik qruplar ucun ola biler. diger terefden bu tuition costu artiran siz deyen amil deyil. deyirsiz zemanetli kreditler verilib, telebeler de kredit alib univ.e gedib. bu eksine institutlara gelir getirir, mentiqle tuition artmamalidir, duzdu xercler de artir amma gelir artirsa bu problem olmamalidir. men universitetde isleyirem, xerci artiran amilleri gorurem oz gozumle, birincisi texnologiyanin tehsile tetbiqi. ikincisi, daha cox arasdirma aparilmasi ve yeni arasdirmalarin getdikce daha cox vesait teleb etmesi. ucuncusu bezi sahelerde maaslarin artmasi, bu da o sahelerin real sektora inkisafi ile elaqedardir. dorduncusu, yeni yeni regulationlar ve compliance. besincisi facultye verilecek support. muellim hem keyfiyyetli ders demelidir, hem de research etmelidir, hem de konfranslara getmeli ves. onun benefitleri de xerci artirir..siyahini uzatmaq olar..
      January 26 at 9:05pm ·  ·  1

    • Fariz Huseynli Metin, ezizim bugun Az.da onlarla telebe cox keyfiyyetli tehsil almaq ucun ABS banklarindan kredit alib ABSda oxuyur. hele basqalari da bunu ede biler, amma ede bilmir zemanetci tapa bilmir. niye bu telebeler borcu ABSdan alib faizi o banklara odesin? belke Neft Fondu bele univ.lerde oxuyacaq telebelere ayrica kredit versin? raziyam ki, onlar Az.a qayidanda maaslari onlarin borcunu odemeye bes etmeyecek. herhalda bezi ozel sektor maaslari pis deyil. amma belke onlar sirket qurub gelir qazanacaq, bu cur potensiali deyerlendirmek lazimdir. diger mesele ise biz keyfiyyetli tehsili outsource ede bilerik mi? edirik indi, amma ne vaxta geder? bu olkenin tehsil sistemine investisiya etmeyin ve normal bir tehsil sisteminin qurulmasina ehtiyac boyukdur. bugun biz daha cox vaxtimizi orta ve ali mekteblerde yuzlerle hellini gozleyen probleme yoneltsek daha yaxsi olar.
      January 26 at 9:09pm ·  ·  2

    • Nuraddin Samadzadeh Fariz m, qarantiyaların verilməsi qiymətləri artıra bilər, razı deyiləm. Tələb-təklif tərəfdən baxdığında, tələbin komponentlərindən biri də "willingness to pay"-dir. Kreditlərə qarantiyaların verilməsi tələbəyə daha böyük məbləğdə borc almağa imkan verir və onun təhsil üçün ödəməyə hazır olduğu məbləği artırır. Bu da təhsil haqqında öz əksini tapır.

      Konkret demək çətindir qarantiyaların verilməsi nə dərəcədə təsir, məncə daha çox data-ya baxıb daha dəqiq empirical araşdırma lazımdır.

      January 26 at 9:13pm ·  ·  1

    • Fariz Huseynli Elcin, istisna olmaq cox vaxt pisdi:)) amma cox sagol, spill overime qiymetine gore. insallah YaxinGele gelib fiziki olaraq spill over ederem:) yene de icaze ver razilasmayim ki MBAlerde spill over azdi. eksine MBA programlari adeten ali mektebler ucun sagmal inek kimi gorulur ve en cox gelir getiren tehsil programidir. diger sahelerde geliri getiren grantlardi ki, bu da hem ilkin xerc isteyir hem de cetindi elde etmek. diger terefden MBAde oxuyanlar kimlerdi? coxu basqa sahelerde ekspert olub idareetme bacarigini elde etmek isteyenler ve qurumlarini daha yaxsi idare etmek isteyenlerdi. MBA oxuyaraq idareetme keyfiyyetlerini artirib oz isledikleri yere qayidirlar. onlarla sahede bunun musbet tesirini gormek olar.
      January 26 at 9:13pm · 

    • Fariz Huseynli Nureddin, duzdu zemanetli kredit telebin qiymet elastikliyini azaldir. aliciliq qabiliyyeti artdigi ucun (borcla), amma yene de univ.ler tuitionu ona baxib artirmir, adeten xercleri artdigi ucun artirir. coxlu telebe gelende xercler artir, tuition bunu qarsilamirsa, demeli ya alternativ yollardan pul tapmalidir, ya da tuitionu artirmalidir ki, telebin qarsisini alsin, ya da geliri artirsin. bizim universitetin meselen gelirlerinin 1/3 hissesi tuitiondan gelir. nece faizin student loan alib almadigini bilmirem, amma student loan faizleri dusse ya telebeye havayi kimse pul verse, bizim universitet tuitionu artirmayacaq. o vaxt artiracaq ki, xercleri artir, bu xercler de tek telebe ile elaqeli deyil. ona gore xercleri artiran amillere baxmaq lazimdi, neinki zorla tuition artirmayin demek, ya da kredit vermeyek. biraz da sen deyen kimi empirical meseledi, genis anlayis ucun.
      January 26 at 9:23pm ·  ·  1

    • Nuraddin Samadzadeh Fariz m., sırf nəzəri cəhətdən cavab yazdım ki, təsir edə bilər. Digər tərəfdən, siz dediyiniz kimi yüksək rəqabətli bazarlarda tələbənin gəliri qiymətə təsir etməli deyil.

      Razıyam ki, empirical məsələdir və bu sahədən tam xəbərsizəm, ona görə sadə nəzəri analizdən başqa bir şey iddia edə bilmərəm.

      January 26 at 9:32pm · 

    • Fariz Huseynli http://gsppi.berkeley.edu/faculty/jrothstein/workingpapers/rothstein_rouse_120108.pdf Maraqli meqaledi. Ferhad beyin ve menim de dediklerini biraz tesdiqleyir ki, borca gore yuksek islere meyl artir.
      January 26 at 9:38pm ·  ·  1

    • Fariz Huseynli mence bu meqale maraqli olar: http://www.tandfonline.com/doi/abs/10.1080/1360080X.2011.585737 full access varsa oxuya bilersiz.

      www.tandfonline.com
      ‎(2011). Models for determining the efficiency of student loans policies. Journa...See More
      January 26 at 9:43pm ·  · 

    • Nuraddin Samadzadeh Birinci paper-i oxuyuram, məncə natural experiement kimi əla seçimdir. Conclusion-dakı nəticələr public sector-da çalışmaq qərarı verənlərin subsidiyalaşması case-ni irəli sürmək imkanı yaradır, amma no idea cost-benefit necədir Amerika nümunəsində.

      İkinci sadəcə modellər deyil? Məncə data-ya tətbiq etməyiblər

      January 26 at 9:52pm · 

    • Fariz Huseynli duzdu dataya tetbiq etmeyibler yeqin edecekler, amma model movzunu genis basa dusmek ucun cox yararlidir.
      January 26 at 9:56pm · 

    • Elchin Rashidov Fariz, Allah qoysa. Gözləyirik:) Kredit barədə, o tələbə təsir etdiyindən qiymətə təsir edir, amma doğru qeyd etmisən, bu sahədə subsidiya verilməlidir, o cümlədən soft credit şəklində. Dövlətin təhsilə müdaxiləsindən çəkilməsi söhbətləri isə absurddur, onlara baş qoşmasan da olar:) Yoxsa gərək dövlət hesabına orta-ibtidai məktəblər də bağlana
      January 26 at 10:06pm · 

    • Elchin Rashidov Fariz, yeri gəlmişkən, sən yuxarıda alternativ support mexanizmləri qeyd etmisən və soft credit ABŞ-da təhsilə yardım kimi tətbiq edilən yeganə mexanizm deyil. Onun bir işi yaxşıdır ki, kasıb tələbələrə oxumaq imkanı yaradır (yuxarıda qeyd etdiyin santexnik kimi)
      Hə, bir də, spillover-i qarışdırma:) o MBA tələbəsinə vəya universitetə gedən deyil, third party-yə gedən gəlirlərdir. O baxımdan MBA-da azdır və policy kimi yuxarıda qeyd olunan public good isə onda yoxdur

      January 26 at 10:13pm · 

    • Hasanov Matin Muellim, hazirda ABS da kreditle oxuyanlari bilmirik hele harda qalib ishleyecekler. Sen besh nefer gostere bilersenmi, hansilar ki ABS da kredit hesabina oxuyub yashayib ve sonra Azerbaycanda hemin borcla hech kesin maddi yardimi olmadan ishleyib borcunu verir, yahsayir? Nezere olaraq chox sheyi muzakire etmek olar. Menim demek istediyim odur ki, artiq bizim emek bazarinda vakansiyalara boyuk reqabet var, emek haqqi da yuksek deyil. Amerikada telebenin qazana bileceyi mehsuldarligi real heyatda almaga imkan yoxdur. Ona gore de daxilde bir chox prosesler getmiyince kutlevi olaraq xaricde tehsilin sabah kredit sistemine kechirilmesi faydasiz gorsenir. Bunu mutemadi etmek olar, yeni yaxshi tehsil gormushun emek haqqi imkanlari ile tehsil xerci arasinda uygunsuzluq azaldiqca qranti azaldib kreditle evez etmek.
      January 27 at 3:20am · 

    • Hasanov Matin Muellim, vaxtin, imkanin olarsa zehmet olmasa bele bir hesablama et. ABS da orta seviyyeli universitetde iki il oxuyub tehsil haqqi ve diger xerclerle Azerbaycana qayidan shexs ne qeder emek haqqi almalidir ki,esas meblegi ve faizi qaytarmaq uchun kifayet qeder yigim ede bilsin, diger xercleri de nezere almaqla. Kredit faizini ve odenish muddetini de en serfeli shertlerle seche bilersen.
      January 27 at 3:47am · 

    • Elchin Rashidov Kanan, imtahanda loan for education-la bagli suala cavabi oxuyuram, buradaki muzakireler yadima dushdu. Belke sen veya Nuraddin muzakireni yeni sehifeden bashlayasiz, heydir:)
      burada irrelevant meseleler qarishdigindan bu siyasetin esl megzi itdi. Meselen bashdan izah etmek lazim gelir ki, dovlet niye tehsile yardim etmelidir ve sair

      February 3 at 5:56am ·  ·  3

    • Kanan Karimzada Doğurdan Nuraddin qardaşımız sağolsun yazıya görə, bu müzakirələr xeyli faydalı və maraqlı oldu. Davamı olmağı əla olardı :)
      February 3 at 6:00am ·  ·  1

    • Nuraddin Samadzadeh Mən həftəni dərslərlə çox məşğul olmuşam, bu həftənin sonunda buradakı fikirlərin çoxunu ümumiləşdirib davamını yazmaq istəyirəm. Məncə onda həm də imkan olacaq davam etmək üçün
      February 3 at 6:01am ·  ·  1

    • Elchin Rashidov He:) Bezi assumption-lari goturub uzerinden davam etmek olar. Dovlet tehsile yardim etmelidir. Bu yardim loan shekilnde qranta nisbeten moral hazard-i da asagi salir ve loan daha chox vermek mumkundur, qrant ise mehdud miqdarda.
      Buracan Fariz de mence bizimledir, sonra kreditin qiymete tesiri barede fikir hachalandi. Onu qeyd edim ki, ABShda ali tehsilin qiymeti univ-in chekdiyi xercden deyil, imicinden asilidr
      Bu eslinde problemdir ve univ-ler de keyfiyyeti deyil imici qaldirmaqla meshguldurlar. Keyfiyyet ise imicin terkib elementlerinden biridir, onun orada chekisi ne qederdir, ali tehsil bazarinda info asymmetry olchusunden asilidir

      February 3 at 6:06am · 

    • Nuraddin Samadzadeh Mənim fikrimcə, ideal halda, kapital bazarı elə inkişaf etmiş olmalıdır ki, dövlət müdaxiləsi olmadan da hər kəs lazımi krediti ala bilsin. Azərbaycan üçün bu real görsənmir, ona görə dövlət müdaxiləsi lazımdır. Sonrakı sual ola bilər ki, təhsildən cəmiətə gələcəkdə gələn fayda dövlətin xərcini justify edəcək dərəcədədir? Mənim aləmimdə bu sualın cavabı birmənalı hədir.

      Məncə ABŞ nümunəsi Azərbaycanla əlaqəsizdir, çünki bizim göndərdiyimiz tələbələrin sayı onsuz da xaricdəki universitetlərin qiymətinə təsir etmək gücündə deyil. Yerli universitetlərdə təhsili maliyyələşdirmək üçün kredit ayrılsa idi, ABŞ-la müqayisə etmək olardı, amma bu, tamam fərqli mövzudur.

      February 3 at 10:53am · 

    • Elchin Rashidov Nuraddin, bu ABSh kreditlerinin ABSh universitetlerinde qiymete tesiridir, yuxarida geden sohbetin davami. O ki, qaldi dovletin tehsile desteyine, bu olmalidir, hetta inkishaf etmish kapital bazarinda bele, bu da muzakire olunub. Sohbetde davamliliq gozlenilmelidir ki asan olsun
      February 3 at 11:35am · 

    No comments: