Monday, February 20, 2012

Facebook-dakı gənclərimizi maarifləndirmək lazım

Ətrafda baş verən hadisələrlə bağlı ciddi fikir söyləmək üçün səbəbiyyət (causation) və korrelasiya (correlation) arasında fərqləri bilmək çox vacibdir. Hər şey barədə danışmağı çox sevən insanımızın bu fərqləri bilmədən ağ-qara fikir yürütməsi və  səbəb-nəticə əlaqələri qurmaqla qısa təhlillərə çox alüdə olması heç yaxşı deyil. Hətta, əncavan intelligentlərimiz, dindar və ya sekulyaristlərimiz, liberal və ya mühavizəkarlarımız belə ciddi səhvlərə istər yazarkən, istərsə də danışarkən qədər yol verirlər. Mənim ən sadə inancım odur ki, məktəblərimizdə məhz bu kimi bilikləri öyrətməliyik. Xüsusi ilə də, Facebook istifadəçilərimizi bu barədə daha çox maarifləndirməliyik. :) Əks halda, növbəti gələn nəsillərin əvvəlkilərdən bir keyfiyyət fərqi olmayacaq. İndi isə bu qəbildən sayıla biləcək bəzi maraqlı faktlara baxaq. 

Rusiyada 19 cu əsr zamanı olmuş bir əhvalat: Vəba xəstəliyinin geniş yayıldığı bir zamanlarda dövlət qərara alır ki epidemiyadan ən çox əziyyat çəkən bölgələrə həkimlər göndərsin. Hansı ərazidə epidemiyadan daha çox əziyyət çəkənlər varsa, həmin əraziyə o qədər çox həkim göndərilir. Yerli kəndlilər isə bu prosesi müşahidə edib belə qərara gəlirlər ki, həkimlərin sayı çoxaldıqca vəbadan ölənlərin də sayı artır. Kəndlilər bu müşahidənin dəqiqliyindən ilhamlanıb həkimləri öldürmək qərarını verirlər. Əslində isə,  həqiqət belədir ki daha çox epidemiyadan ölənlərin olduğu ərazilərə dövlət davamlı olaraq daha çox həkim göndərir. Amma görünən odur ki təkcə kəndlilər belə səhv nəticələr çıxarmırlar. 

1988-ci ildə Harvard universiteti bakalavr təhsilinə başlayan tələbələri intervyu edərək belə bir nəticəyə gəlir ki, SAT imtahanından hazırlıq kurslarına gedənlər bu kurslara müraciət etməyənlərdən ortalama 63 xal aşağı nəticə göstəriblər. Harvard Dekanı belə bir nəticəyə gəlir ki tələbələrin hazırlıq kursları keçməsinin heç bir faydası yoxdur. Əslində isə səbəblərdən biri belə ola bilər ki hazırlıq kurslarına ehtiyacı olanlar (o qədər də bacarıqlı olmayanlar) bu xidmətdən istifadə edir.

Başqa bir misal, araşdırmalardan birinin inkişaf etməkdə olan ölkələrlə bağlı tapıntısı belədir ki, ana südü ilə uzun müddət bəslənən/qidalanan uşaqlar daha xəstə/qeyri-sağlam olurlar. Təhlilçilər belə nəticəyə gəlirlər ki körpələrin ana döşündən qidalanması heç də onlar üçün yaxşı deyil. Əslində isə səbəb bu ola bilər ki xəstə uşaqların ana südünə ehtiyacı daha çox olur.

Sizli bizli gəlin qaralamarımızı paylaşaq ki bir maariflənmə prosesinə bir töhfəmiz olsun :)))

Bu söhbətin ardı olaraq bu linkə gedək.



:)

4 comments:

Rufat Abdulla said...

O mənada razıyam ki, inernet bizə utanmadan qeyri-müəyyən insan kütləsi ilə (bəzən çox axmaqcasına görünən) maraqlarımız barədə fikir mübadiləsi aparmağa, biliklərimizi bölüşməyə, tərfdaşlar tapmağa imkan verir.
Amma digər tərəfdən də, mən qorxuram ki, mən də daxil, bizim mütərəqqi gəncliyimiz XIX əsr rus xalqçlarının etdiyi 2 səhvə doğru yuvaranacaqlar: biri "kiçik işlər nəzəriyyəsidir" - onlar hesab edirdilər ki, ali təhsilli adamlar gedib kəndlərdə müəllim işləməli, kənd balalalarını maarifləndirməklə sağlam bünövrə qoymalıdırlar, ikincisi odur ki, hesab edirdilər ki, ayrı-ayrı şəxsləri - çar, nazir, polis rəisi və qubernatorları terror yolu ilə öldürüb ölkəni "demokratik" yola qoyacaqlar, bolşeviklər onları xalqdan uzaqlaşdıqlarında tənqid edirdilər. Hər iki, yuxarıda sadalanan fikir düz sayıla bilər, amma nə yazıq ki, sistemli dəyişikliklər olmayan yerdə yalnız səthi xarakter daşıyacaqdır və hətta, ən pis halda tənəzzülə səbəb olacaqdır. Çünki süni olaraq "nələrsə etməyimiz" pərdəsi bizi əsas hədəfdən yayındıracaq.

Hörmətlə,

Freeman said...

Cause and causality will depend on business cycle theory you apply. If you apply Austrian Business Cycle, you get one results. If you go mainstream, Keynesian and monetarist models, then you will get a different results.

Freeman said...

Gəərək postu azərbaycanca yazım ki, deməsinlər Freeman rusdilli çuşkadır.

Əzizim Kənan,

Cause and Causality paradoksu iqtisadiyyatda indiyə kimi paradoks olaraq qalır. Nəyin nəyi törədməsi məsələsi, iqtisadi proseslərə yanaşmandan, yəni hansı biznes siklindən istifadə edərək, iqtisadiyyatda baş verənlərin izahından asılıdır.

Tərəfdarım olduğum Avstriya İqtisadiyyat Məktəbinin biznes siklini birbaşa kredit ekspansiyası ilə əlaqələndirir. Azad bankçılıq şəraitində kommersiya banklarının və dövlətlərin qızıla bağlı olmayan pul və pul əvəzedicilərini (banknotlar, feduisiar vasitəçilər və s.) süni olaraq artırılması, bazarda mövcud olan faiz dərəcəsini aşağı salır (pul kütləsi təklfinin artması nəticəsində) və "bum" siklini işə salır. Bum sikli zamanı bir çox investisiyalar yalnız ucuz faiz dərəcəsi olduğundan yatırılır və gec-tez "mailnvestment"ə, yəni iflasa uğramış investisiyalara çevrilir. Bununla da böhran sikli işə salınır. Bu çox uzun-uzadı məsələdir, öz bloqumda bununla bağlı yazmışam.

Əgər sən maintream iqtisadçısansa, onda çox gümanu ki, riyaziyyatçı Keynsin biznes siklinə üstünlük verəcəksən. Bu zaman insanların heyvan olduğunu, biznesin isə qorxaq olduğunu qəbul edərək, müdrik dövlət başçılarının və parlamentarilərin savadına inanaraq, onlar bazardan borc götürərək müxtəlif (əksərən faydasız) layihələrə sərf etdikləri pullar "multiplikator" effekti yaradaraq, böhrandan çıxışa kömək edəcək.

Üçüncü sikl, monetarislərin siklidir və hardasa Milton Friedmanın təklifləri ilə uyğunlaşır. Onların fikrincə, dövlət tərəfindən hər il pul kütləsinin 3-5-8% artırılması, inkişafa gətirir. Lakin son 40 ildə dolların dəyərinin 90% aşağı düşməsi heç də ABŞ iqtisadiyyatına müsbət təsir etməmişdir.

Nə isə, dediyim odur ki, cause and causality məsələsi subyektivdir və analiz metodologiyasında asılıdır və hansının siklin dağa döğru olub-olmamasl iqtisadçının öz subyekktiv seçimindən asılıdır.

Rza Kazimov said...

Birbaşa ixtisasım ilə bağlı olduğu üçün şərh yazmağı özümə borc bildim :)...

BU fənnin adı Epistemology deyə keçir. Causation Sosial Elmlərdə olduğu formatda Dəqiq elmlərdə tətbiq edilə bilmir. Sosial elmlərdə biz daha çoc meaningful interpretation ilə məşğul oluruq, çünki Sosial Elmlərdə səbəbi axtarmaq çox çətindir və bəzən müxtəlif problemlərə gətirib çıxardır bu problemlərə Epistemic Regress Problemləri deyirlər. Epistemology biliyin mənşəyini örgənən elmdir bu elm əfsuslar olsun ki bizim ali məktəblərdə tədris edilmir, əgər edilirsə də çox cuzi və faydalılıq əmsalı da aşağı olan şəkildə tədris edilir. Məhz dediyiniz problem olduğuna görə Kənan cəmiyyətimizdə bir "dedi-qodu" havası da var, insanlar factual knowledge çox asanlıqla qonşunun ağzından götürməklə həyatına tətbiq edə bilir. Epistemology çox dərin və maraqlı elmdir, dediyiniz sosial fenomenlər cəmiyyət tərəfindən bu cür mənalı izah edilməyə çalışılıb - həkim və virus korrolesiyası - əslində minilliklərdir ki insanlar bu cür prosesləri yozub - məhz elmin inkişafı arzuolunan səbəbi yox mövcud factual səbəbi üstün tutub...