Tuesday, March 8, 2011

TOEFL-dan necə daha çox xal yığmaq olar

BU YAZI 2010-CU İLDƏ YAZILIB.
Son vaxtlar TOEFL ilə maraqlanan və xaricdə oxumaq marağında olan dost-tanışların sayı artıb. İngilis dili səviyyəsini ölçən TOEFL xalı yüksək olarsa tələbə xarici universitetlərə ərizə ilə müraciət etdikdə o qədər çox qəbul almaq və təqaüd tapmaq imkanları qazanır.   Buna görə TOEFL barədə daha çox danışmaq əvəzinə bəzi özüm üçün müəyyənləşdirdiyim detalları və ümumi texnikləri paylaşmaq istəyirəm. Ümid edirəm ki, kimlərsə üçün faydalı olar.

2009-da Fred ilə (Firdovsi Karimov- Çox səmimi və işinin ustası!) BEİC-də (Baku Education and İnformation Center) başlamışam hazırlığa. İlk  imtahan təcrübəm çox uğursuz olub 2009 da 77 yığmışam. 2010 Oktyabrda iki TOEFL imtahanına girmişəm ardıcıl olaraq və yaxşı xallar qazanmışam, 109110.

Ağlımda qalan bəzi önəmli məsələri bura yazıram.

1) TOEFL-a başlamaq üçün ən azı Intermediate (orta) ingilis dili biliyi vacibdir. Əlbəttə ki, 95-100 xalı hədəfləyirsinizsə. 100 dən çox bal yığmağa iştahlı olanlar özlərini yaxşıca suya vursunlar gərək. İngilis dili bazanız güclüdürsə, 3-4 ay ciddi məşğul olub yaxşı xal yığa bilərsiniz. Məsələn Advanced-la başlayanlar 3 ay sistemli hazırlaşmaqla 100-dən çox yığa bilirlər asanlıqla.

2) Əgər ilkin olaraq sizin üçün çətindirsə, onda mütləq müəllim ilə hazırlaşmağınız məsləhətdir. Mənim təklifim Firdovsi Kərimov (Fred), Bakıda ən professional TOEFL masteri.

3) Hazırlıq müddəti önəmlidir. Sistemli olaraq 3-4 ay hazırlaşıb yüksək xal yığmaq mümkündür, təbii ki gündəlik vaxt sərfini nəzərə almaq önəmlidir. Minumum 3-4 saat lazımdır gün ərzində.

4) Hansı kitabla və hansı ardıcıllıqla başlamağınız önəmlidir. Mən bu kitabları istifadə etmişəm : Delta, Barrons, Longman, Kaplan, Cambridge, Princetown Crack Toefl Ibt, Official Toefl IBT
  • Delta- sürətli başlamaq və TOEFL-a alışmaq üçün ən yaxşısıdır, xüsusən əgər digər kitablardakı sözlər sizə çətin gəlirsə və tekstlər çox ağır görünürsə. Bu kitab ilkin "capacity building" üçün əladır. Yaxşı ingilis dili biliyiniz varsa, bu kitabı çox tez bitirib digərlərinə keçid edə bilərsiniz.
  • Barrons- Bir az uzun amma asan "reading"-lər var. Deltaya nisbətən çətin sözlər çoxdur mətnlərdə. Barronsun listeningi sürətli və sayca boldur. Yaxşıca toefl listening xalı istəyirsinizsə onda barronsun listeningləri ilə "qulağınızı sındırın".
  • Longman- Listening çox asandır, amma test sualları biraz aldatmacalı olduğundan Longman təcrübəsi əsl imtahanda yaxşı mənada belə problemlə üzləşməyəcəyinizə qarantiyadır. Readinglər yaxşıdır.
  • Kaplan- readinglər nisbətən çətindir, bu kitabı ancaq məsləhətdir ki, sınaq testi kimi istifadə edəsiniz. Xüsusən də imtahana yaxın bir müddətdə. 
Cambridge-
ən çox sevdiyim və real imtahana bənzəyən bir kitabdır. Deyərdim ki, bütün 4 hissə üzrə digər kitablardan daha müfəssəldir. Speaking bölməsi və misalları çox əladır. Kitabın diskində 7 sınaq testi var. Məsləhətdir ki, imtahandan 2 həftə öncə bu kitaba diqqət yetirib bütün testləri edəsiniz. Məsələn, mənim bu kitabla etdiyim practise test xallarım real imtahan xalına çox yaxın olurdu həmişə. Xüsusən integrated writing və speaking bölmələrnin keyfiyyəti  məncə digər kitablardan çox irəlidir.
Birbaşa olaraq bu kitabdan başlamaq çox çətin görünə bilər. Xüsusən reading bölməsi. Amma bu kitabdakı testləri yaxşı edirsinizsə əsl imtahanda ona yaxın nəticə əldə edəcəksiniz.
  • Princetown Crack Toefl Ibt- sadəcə əlavə test kimi istifadə etmişəm, bəzi qısa texnik və strategiyalar öyrədir. 
  • ETS Official Toefl IBT- son 3 gün bu kitabdakı full practise testləri eləmişəm, speaking misalları və integrated writing hissəsinə mütləq baxın. Çox kömək edəcək
5) TOEFL heç də tam olaraq inglis dili biliyinizi ölçmür (məsələn mən qrammatikadan heç nə xatırlamıram), daha çox sizin burada müəyyən bacarıqlarınız qabarıq şəkildə üzə çıxır. 
Reading -  Məntiqi olaraq cümlələri bir birinə bağlayıb lazım olan mesajı almaq, ümumiləşdirmək, biraz məntiq və biclik. Məsələn, sinonimləri bilməsəniz də bir az ingilis dili biliyi ilə bu suallara çox asan cavab tapa bilərsiniz
Listening - practice practice practice! Mətnin səslənişindən hiss edə bilirsiniz ki, sizə hansı suallar düşəcək, bunun üçün çoxlu sayda listening etmək və sualların tiplərini yaxşıca müəyyənləşdirmək lazımdır.
Speaking- Mən təzə danışmağa başlayanda rəngim qızarırdı, öskürək və.s birtəhər danışırdım. Çox essay oxumaq və bu mövzular ətrafında danışmaq lazımdır, mümkünsə hər yerdə-tualetdə belə məsələn. Daha yaxşı olardı ki, ilk əvvəldən özünüz üçün çox qısa şablon hazırlayasınız, özüdə bir deyil bir neçə. Düşən sualdan asılı olaraq mövzu ilə daha yaxşı manipulyasiya edə bilməyiniz üçün. Məncə ən yaxşı çoxlu readinglər oxumaqdır, və biraz qlobal mövzulardan baş çıxarmaq. 
Writing- Independent bölüm üçün 2 kitab var " 185 Toefl writing  topics". Əgər yeni ideyalar tapmaqda çətinlik çəkirsinizsə, onda bütün topicləri oxuyun. Bu həm də speaking üçün çox kömək edəcək.Integrated  bölümü üçün ETS official Guide to İBT və Cambridge!!! Ümumiyyətlə, writing ən asan hissədir 2 həftə yaxşı hazırlaşıb 26-27 yığmaq olur. 

6) Bacardıqca yaxşı TOEFL təcrübəsi olan cavanlarla söhbət edin, və onların təcrübəsini soruşun. Bu çox kömək edəcək.

7) İmtahanda əlavə kənar təsirlər (externalities) olur həmişə.Buna görə psixoloji olaraq hazır olmaq lazımdır, əks halda imtahan uğursuz olar. Ən yaxşı hazırlıq isə POZİTİV olmaq, GÜLMƏK və hərşeyin gözəl olacağına inanmaqdır! 

Vaxt olsa ardın yazacam.





15 comments:

Sanan Hasanov said...

Salam Kənan, maraqlı və hər zamankı kimi səmimi fikirlərini oxumaq insana rahatlıq verir və müsbət əhvala kökləyir. Əminəm ki, yazdıqlarından hər bir TOEFL imtahanına hazırlaşan şəxs çox faydalı məlumatlar əldə etmiş olacaq.

Kanan Karimzada said...

Çox sağol Sənan! Məndə ümidvaram ki gənclər daha çox oxuyacaq və daha çox yazacaqlar :) Fikirləri paylaşmaq həmişə gözəldir

Shukran said...

Kənan dəyərli məsləhətlərivə görə təşəkkür edirəm, məndə TOEFL-a başlamaq üzrəyəm. İnanıramkı bu məsləhətlər mənim köməyimə gələcək ! :)

Zhala Najafova said...

Həqiqətən də çox faydalı məsləhətlərdir. TOEFL-a hazırlaşan hər kəs bu yazını mütləq oxumalıdır!!!

Unknown said...

Dogurdan yaxsi yazidir, beyendim ve keyfiyyetlidir.

Hafiz said...

Tesekkurler bey. Ela yazidir. 2 defe hazirlasmisam, amma imtahana gire bilmemisem hele. Butun detallarla tam raziyam. en esasi oturub vaxt ayirmaq lazimdir

Kanan Karimzada said...

Çox sağolun dostlar. İmkan tapdıqca daha detallı yazacam.:)

Zhala Najafova said...

Listening məsələsində kitabların disklərindən başqa Amerika aksenti yoxsa İngilis aksentini dinləmək məsləhətdir? Məsələn BBC yoxsa VOA?

Readinglər oxumaq yazmısan:) Kitabların özündə yazılıb ki, gündəlik xəbərlər, sosial, elmi və s. mövzularda məqalələr oxuyun. Konkret hansısa saytı, jurnalı tövsiyə edə bilərsən?

Bir də bir az məncə mövzudan kənardır, amma mən toefl-a güclü hazırlaşmağa başlasam bilirəm ki, bu həyat tərzimə çevriləcək, yəni hətta ingiliscə düşünməyə başlayacam, asılı qalacam. Başqa dildə oxumaq istəməyəcəm, başqa mövzularda danışmaq istəməyəcəm, qalan hər şeyə marağım itəcək və s. :S Bu da məni qorxudur :S bu toefl hazırlaşan uşaqlarda olur?

Çox sagol.

ulduz said...

təşəkkür Kanan, 1) Toefla güclü müəllimlə hazırlaşmaq mütləqdir? Mənim müəllimimin balı 92 dir. Mənə cəmi 80-85 bal lazımdı. Bununçün mütləq bütün kitabları bitirməliyəm? 3 aya çatdıra bilərəm?

Kanan Karimzada said...

Salam Ulduz, mümkündür amma müəllim üçün 92 xal çox azdır. Yaxşı müəllim tapmağın məsləhətdir. 3 ay çox yaxşı müddətdir.

Gulara Azimzadeh said...

Kanan, sen muqeddessen!

MURAD said...

Salam Kanan mende toef-la hazirlasmaq isteyirem mende senin yazdigin kitablardan barrons kitabi var bundan basdasam yaxsi olar yoxsa basqa kitabdanmi basdiyim? birfe kursa mutleq gedilmelidimi gedilmelidise nece ay?

Kanan Karimzada said...

Salam Murad, adətən Delta ilə başlayırlar. Uğurlar, əsas çalışmaqdır, gündəlik ən azı 3-5 saat.

Unknown said...

Salam Kənan m, salam dostlar ;-)
Mən də TOEFL imtahanı üçün hazırlaşıram. Bu blogu oxuyub 2 kitabı Amazon-dan aldım, Delta və Cambridge. Delta üzrə artıq Speaking bölməsinə keçmişəm. Quiz-lərdə ən aşağı 7 ən yuxarı 10 olmuşam. Bəzi çətinliklərim olur. Kiminləsə danışa bilsəydim əla olardı.
Təşəkkür,
Anar

Unknown said...

my email amehdiyev@hotmail.com