Showing posts with label toğrul cuvarlı. Show all posts
Showing posts with label toğrul cuvarlı. Show all posts

Sunday, November 28, 2010

TEDxBakı haqqında təəsüratlarım.


 26 Noyabr, 2010

Fikrimcə, 26 Noyabr qeyd edilməyə dəyər bir tarixdir. Çünki Bakıya TED gəldi, həmdə  ruhun dili ilə gəldi! İlk dəfə olaraq mütəqil keçrilən TEDxBaki tədbiri məndə böyük bir maraq oyatdı. Artıq 2  ildir ki www.ted.com izləyicisiyəm və üzv olduğum sosial şəbəkələrdə ən çox paylaşdığım məhz TED videolarıdır. Könüllü olaraq Azərbaycancaya bu videoların subtitle, alt yazısını hazırlayıram. Fikrim var idi ki necəsə olsa mütləq bir TED konfransında iştirak etməliyəm. Bu istəyim TEDxBakı ilə gerçəkləşdi. Gəldik nəyə görə bu yazını yazmaq istəyimə. TEDxBaki tədbiri məndə və inanıram ki tədbirə qatılanların əksəriyyətində böyük maraq yaratdı. Videoların hazırlanmasına və saytda yerləşdirilməsi üçün xeyli vaxt lazımdır, buna görə tədbir baradə maraqlananlar üçün öz gördüklərimdən və eşitdiklərimdən bir hissəni yazacam. Paylaşmaq həmişə gözəldir.

Tədbirdən öncə nə düşünürdüm?

Bir çox işlərdən xəbərdar olsam da, açığı tədbirə gələrkən özümə dedim və mobil telfonumun not hissəsinə bunu yazdım: “Keep your expectations low and don’t expect too much!”- “Gözləntilərini aşağı tut və çox şey gözləmə”.  Necə olsa birinci dəfədir, təşəbbüs olduğuna görə hətta pis olacağı halda alqışa layiq olacaq. Amma tədbir şəxsən mənim gözləntilərimdən çox yuxarı səviyyədə oldu.