Showing posts with label təhsil nazirliyi. Show all posts
Showing posts with label təhsil nazirliyi. Show all posts

Sunday, August 25, 2013

İsveç məktəb layihəsi - Openspace

İsveçdə yeni məktəb layihəsi var, adı "OPENSPACE".
Bu siniflərdə divar yoxdur. Məktəblilər istədikləri kimi hərəkət edə bilərlər. Bu məktəblər yerli təhsil sisteminin daha azad bir güzgüsüdür sanki. Deyilənə görə İsveç məktəblərində nə qədər çox bilməyin elə çox önəmi yoxdur, əsas odur ki təhsil prosesi əməkdaşlıq ruhuna dayansın.  

Maraqlıdır ki, bizim təhsil sistemi rusların təcrübəsinə dayanır, onlar da Alman təhsil sistemindən faydalanıblar. Bu barədə iqtisadçı Elçin Rəşidov danışmışdı bir dəfə. Bizim təhsil sisteminin böyütdüyü yaxşı təhsilli insanlarda  IQ yüksək olur, çox yaxşı test həll edə bilirik, suallara doğru cavablar tapa bilirik. Amma çatışmayan EQ (Emosional İntellektdir). Küçədə kiməsə yaxınlaşsan müsahibə üçün kameradan qorxacaq, qaçacaq, utanacaq və ya dili topuq vuracaq, danışa bilməyəcək. Məktəblər uşaqlar üçün  özünü-ifadə məkanı olmalıdır, çox danışdırmaq lazımdır cavanları, imkan yaratmaq lazımdır ki sual versinlər, tənqid etsinlər bir-birilərini. Müzakirə mühitinin imkanları daralanda insanlar da içinəqapanıq böyüyür, onlardan törəyənlər də evdə nə görürlərsə elə də yaşamağa davam edirlər. 

Skandinav təhsil sisteminin uğurları barədə bir çoxumuz bilirik. OPENSPACE layihəsindən bəzi şəkillər. 




















 


Sunday, March 4, 2012

Təhsil Kreditləri Haqqında Qanunun müzakirəsi

Əziz dostlar, sizlərlə  TƏHSİL KREDİTLƏRİ HAQQINDA Qanunu və Əli Məsimlinin qanun layihəsi ilə bağlı təkliflərini paylaşıram.  Bir neçə iqtisadçı dostlarımız daxil kiçik bir qrupda bu barədə geniş müzakirəmiz olub. İstərdik ki sizin, gənclərimizin də fikirlərini öyrənək bu barədə.  Zəhmət olmasa, aşağıdakı hər iki fayla baxın.
qanun layihəsi


Təqdimat_Əli Məsimli

Friday, February 17, 2012

Təhsil xərclərinin ÜDM-də payı

 Müxtəlif ölkələrdə təhsil xərcləri təhsil pillələri arasında qeyri-bərabər bölüşdürülüb. Təhsil xərclərinin ÜDM-dəki payı təhsilin keyfiyyəti və.s kimi məsələlər barədə çox şey deməsə də, bu göstərici təhsilin dövlət siyasəti üçün hansı dərəcədə əhəmiyyət kəsb etdiyindən xəbər verə bilər.

Friday, February 3, 2012

Təhsil krediti söhbətlərindən


Dostumuz, Stokholm İqtisadiyyat Məktəbini magistr tələbəsi,Nuraddin Samadzadeh-in 'Xaricdə təhsil proqramı'-a aid ikinci yazısı və alternativ yanaşması. Birinci yazını oxumadan bunu oxumayın, ardıcıllıq pozulmasın :) Nürəddinin bloqu ən çox həvəslə oxuduğum bloqlardandır, yazı və təhlil səviyyəsi öz sözünü deyir.
 ·  · 

  • You, Tural MemmedovShukran Pervizoglu and 8 others like this.

    • Elchin Rashidov kredit sistemi chox dogru qeyd edilib; qrant kreditle evezlenmelidir. Bunu bu semestr dersde telebelerle de muzakire etmishdik.
      Elave edim ki, kredit bazar qiymetine verilmelidir. Guzeshtler (hem faiz, hem de esas hisse uzre) yalniz qayidib burada ishleyen telebelere tetbiq oluna biler.
      Yalniz, bunun qebuledilmesi (politcal feasibilty) ile her 2 seviyyede problem var. 1) Icra eden her iki hokumet qurumunun bunu basha duchecek capacite-si yoxdur. 2) Cemiyyetin boyuk hissesi free lunch olduguna inanir ve telebeler de bunu duz basha dushmeyecekler

      January 22 at 3:45am ·  ·  1

    • Hasanov Matin Muellif Azerbaycan emek bazarina, telebelerin rasionalligina chox inanir deyesen. Bu da ona icaze verir ki, tehlilini temel iqtisadi prinsipler uzerinde aparsin ve chetinlik chekmeden yaxshi bir neticeye gelsin. Eslinde ise guclu lokal kontekst tehlildeki her bir instrumenti esasli deyishe biler.
      January 22 at 5:16am ·  ·  2

    • Hasanov Matin Elchin muellim, xaricde ikillik tehsil uchun faizle birlikde 50 min manat borcu olan iqtisadchi telebe Azerbaycanda orta ve ya ortadan da yuxari resmi emek haqqi ile chalisharsa bunu neche ile yox, umumiyyetle omrunun sonuna kimi qaytara bilermi? Telebelerden biri meslehet istese ki, hesablamisham, xerc terefi iki ile 50 min manat edir, bes gelir terefine ne daxil edim, o zaman ne cavab vererdik? Olkedeki resmi orta maash, ya deyerdik ki, maash+rushvet?
      January 22 at 5:47am ·  ·  2

    • Elchin Rashidov Matin bey, sualin cavabi olaraq, olkeye qayidan mezuna guzesht tetbiq edilmesini qeyd etmishdim
      January 22 at 11:01am · 

    • Elchin Rashidov Qayitmayanlar krediti tam hecmde odemelidirler. Bu hem edaletli olar, hem de semereli. Men hele tehsil uchun qrant alib qachanlarin choxunun gederken olkeni soymesini demirem. Bu da onlarin qeyri-etik yanlish addimlarini rasionnallashdirmaq ehtiyacindan ireli gelir. Facebook-da da ne qeder istesez rast gelersiz.
      Diger sualiniz - gelir barede, gelir iki hisseden ibaretdir: telebenin maashinda gozlenilen artim, ustegel tehsilin yan tesirleri. Ikinciye misal olaraq bu facebook sohbetlerini gostermek olar.

      January 22 at 11:06am ·  ·  1

    • Hasanov Matin Qayitmayanlar bagli dediklerinizle tam razi. Tehsilin yan tesirlerini men de ehemiyyetli sayiram amma bununla gedib banka kredit odemek olmur. Qayidanlara ise kreditler en kichik faizle, hetta faizsiz bele verdikde resmi seviyyede xaricde oxumushun maashi ile oxumamishin arasindaki ferqi ve umumilikde emek haqqi seviyyesini nezere alib 50 min manat ohdelik goturmek hech bir halda rasional gorsenmir. Tebii ki chox kichik istisna maashli ishleri nezere almasaq.
      January 22 at 11:18am ·