Ətrafda baş verən hadisələrlə bağlı ciddi fikir söyləmək üçün səbəbiyyət (causation) və korrelasiya (correlation) arasında fərqləri bilmək çox vacibdir. Hər şey barədə danışmağı çox sevən insanımızın bu fərqləri bilmədən ağ-qara fikir yürütməsi və səbəb-nəticə əlaqələri qurmaqla qısa təhlillərə çox alüdə olması heç yaxşı deyil. Hətta, əncavan intelligentlərimiz, dindar və ya sekulyaristlərimiz, liberal və ya mühavizəkarlarımız belə ciddi səhvlərə istər yazarkən, istərsə də danışarkən N qədər yol verirlər. Mənim ən sadə inancım odur ki, məktəblərimizdə məhz bu kimi bilikləri öyrətməliyik. Xüsusi ilə də, Facebook istifadəçilərimizi bu barədə daha çox maarifləndirməliyik. :) Əks halda, növbəti gələn nəsillərin əvvəlkilərdən bir keyfiyyət fərqi olmayacaq. İndi isə bu qəbildən sayıla biləcək bəzi maraqlı faktlara baxaq.
Rusiyada 19 cu əsr zamanı olmuş bir əhvalat: Vəba xəstəliyinin geniş yayıldığı bir zamanlarda dövlət qərara alır ki epidemiyadan ən çox əziyyat çəkən bölgələrə həkimlər göndərsin. Hansı ərazidə epidemiyadan daha çox əziyyət çəkənlər varsa, həmin əraziyə o qədər çox həkim göndərilir. Yerli kəndlilər isə bu prosesi müşahidə edib belə qərara gəlirlər ki, həkimlərin sayı çoxaldıqca vəbadan ölənlərin də sayı artır. Kəndlilər bu müşahidənin dəqiqliyindən ilhamlanıb həkimləri öldürmək qərarını verirlər. Əslində isə, həqiqət belədir ki daha çox epidemiyadan ölənlərin olduğu ərazilərə dövlət davamlı olaraq daha çox həkim göndərir. Amma görünən odur ki təkcə kəndlilər belə səhv nəticələr çıxarmırlar.
1988-ci ildə Harvard universiteti bakalavr təhsilinə başlayan tələbələri intervyu edərək belə bir nəticəyə gəlir ki, SAT imtahanından hazırlıq kurslarına gedənlər bu kurslara müraciət etməyənlərdən ortalama 63 xal aşağı nəticə göstəriblər. Harvard Dekanı belə bir nəticəyə gəlir ki tələbələrin hazırlıq kursları keçməsinin heç bir faydası yoxdur. Əslində isə səbəblərdən biri belə ola bilər ki hazırlıq kurslarına ehtiyacı olanlar (o qədər də bacarıqlı olmayanlar) bu xidmətdən istifadə edir.
Başqa bir misal, araşdırmalardan birinin inkişaf etməkdə olan ölkələrlə bağlı tapıntısı belədir ki, ana südü ilə uzun müddət bəslənən/qidalanan uşaqlar daha xəstə/qeyri-sağlam olurlar. Təhlilçilər belə nəticəyə gəlirlər ki körpələrin ana döşündən qidalanması heç də onlar üçün yaxşı deyil. Əslində isə səbəb bu ola bilər ki xəstə uşaqların ana südünə ehtiyacı daha çox olur.
Sizli bizli gəlin qaralamarımızı paylaşaq ki bir maariflənmə prosesinə bir töhfəmiz olsun :)))
Sizli bizli gəlin qaralamarımızı paylaşaq ki bir maariflənmə prosesinə bir töhfəmiz olsun :)))
Bu söhbətin ardı olaraq bu linkə gedək.

