BU YAZI 2010-CU İLDƏ YAZILIB.
Son vaxtlar TOEFL ilə maraqlanan və xaricdə oxumaq marağında olan dost-tanışların sayı artıb. İngilis dili səviyyəsini ölçən TOEFL xalı yüksək olarsa tələbə xarici universitetlərə ərizə ilə müraciət etdikdə o qədər çox qəbul almaq və təqaüd tapmaq imkanları qazanır. Buna görə TOEFL barədə daha çox danışmaq əvəzinə bəzi özüm üçün müəyyənləşdirdiyim detalları və ümumi texnikləri paylaşmaq istəyirəm. Ümid edirəm ki, kimlərsə üçün faydalı olar.
2009-da Fred ilə (Firdovsi Karimov- Çox səmimi və işinin ustası!) BEİC-də (Baku Education and İnformation Center) başlamışam hazırlığa. İlk imtahan təcrübəm çox uğursuz olub 2009 da 77 yığmışam. 2010 Oktyabrda iki TOEFL imtahanına girmişəm ardıcıl olaraq və yaxşı xallar qazanmışam, 109 və 110.
Ağlımda qalan bəzi önəmli məsələri bura yazıram.
