Monday, May 5, 2014

Mursi qəbiləsi və Naz eləmə rəqsi

Həbəşistanda yaşayan Mursi qəbiləsinin qadınları alt dodaqlarına gil boşqablar taxırlar. Bunun səbəbi quldarlıq dövrünə gedib çıxır. Qadınlar cazibədar görsənməsinlər və alınıb-satılmasınlar deyə özlərini əcaib hala salırdılar. Hazırda da bu ənənə davam edir. Hətda boşqab yaxşı otursun deyə, qabaq dişlərdən bəzilərini çıxardırlar. Səbəbi isə turistlər üçün cazibədar görsənmək və sonunda para qazanmaqdı. Zaman-zaman ənənələrin mahiyyəti dəyişir. Kommersiyalaşma öz sözünü deyir. Türkiyə sufilərinin ifa etdiyi “Səma” rəqsi mahiyyətini itirərək tamaşa formatını alıb. Bizdə də “Naz eləmə” ilə məclisə aş gətirirlər.


No comments: