Wednesday, March 12, 2014

Təbriz rəssamlığı

Sırağagün Təbriz rəssamlıq məktəbi ilə bağlı sənədli film izlədim, çox maraqlı gəldiyindən bəzi hissələrin bölüşürəm.
Təbriz miniatürləri işləyən rəssamlar iki aylıq pişik balalarının başının ortasındakı zərif tüklərdən hazırlanmış fırçalardan istifadə edirmişlər. Hər tükün ucu müəyyən bucaq altında kəsilirmiş və xüsusi, yalnız onlara məlum qaydada bir yerə yığılıb bağlanırmış. Yalnız bir neçə tükdən ibarət fırçalarla işləyirmişlər. Miniatür çəkən rəssamlar hazırladıqları rənglərə tərkibində ətir olan maddələr qatırlarmış ki, kitabdan müşk qoxusu gəlsin. Rənglərin özü isə rəsmin müxtəlif elementlərinə müxtəlif qatılıqda vurulurdu. Beləliklə vərəqlərdə çox zərif rəngli relyef əmələ gəlirdi.
Miniatürün eskizi çox zaman bir neçə ay tələb edirdi. Elə əlyazma kitablar olub ki, onların illustrasiyaları üzərində emalatxananın bütün heyəti 20 ildən çox çalışıb. 
Səfəvi şahzadəsi Təhmasib də yaxşı rəsm çəkməyi bacarırdı, Sultan Məhəmməd ona müəllimlik edirdi. Şahlıq taxtına oturduqdan sonra Təhmasibin başı dövlət işlərinə qarışır. Getdikcə şah Təhmasibin dini ehkamlara meyli daha da artır, fanatizm səviyyəsinə çatır. 1534-cü ildə Şərqin sənət mərkəzi Təbriz şah kitabxanası fəaliyyətini dayandırır. Beləcə məktəb məhv olur. Miniatürlər daha gözə dəymir.
Şəkildə: Sultan Məhəmməd və Kəmaləddin Behzadın əsərləri
































No comments: