Friday, March 28, 2014

saat

Bazar günü Azərbaycanda saat əqrəbləri bir saat irəli çəkiləcək. Bu dəyişilmə əksər inkişaf etmiş ölkələrdə tətbiq edilir. Yay və ya qış vaxtına keçid iqtisadi, psixoloji və tibbi faktorlar ilə bağlı olsa da, krimanal hadisələrə qarşı mübarizə tədbiri kimi də istifadə edilir. 

İqtisadi baxımdan bu qərarların əsas səbəbi, yeni sistemə keçməklə enerjiyə qənaət etmək imkanının və eləcə də vətəndaşların yeni fəslə adaptasiya edilməsi baxımından əhəmiyyəti ilə bağlıdır.
Yay vaxtına keçmənin başlıca əhəmiyyəti ondan ibarətdir ki, iş başladığı andan bitənə qədər hava işıqlı olduğundan, həmin zaman müddətində enerjiyə qənaət olunur. Bunun digər tərəfi ondan ibarətdir ki, məşğul əhali yeni fəsilə uyğunlaşa bilir. Saatın çəkilməsi ilə həmin müddət ərzində ölkəmizdə enerji sərfinə 5 faiz qənaət edilir. 
Yay vaxtına keçid xidmət sektorlarında iş vaxtının daha uzunmüddətli olmasına şərait yaradılması baxımından əhəmiyyətlidir. Bu xidmət sektorunda çalışan müəssisələrin gəlirlərinin artmasına təsir göstərir. İqtisadi baxımdan, aqrar sektor iş müddətinin uzanması baxımından saat əqrəblərinin irəli çəkilməsindən qazanan sektor hesab edilir.
Vugar Bayramov

No comments: