Winston Churchill parlamentdə yer qazananda cəmi 26 yaşı varıydı. Bir az qoca görünmək üçün bığ buraxır. “Winston,” onun xanım opponenti səslənir, “Mən sənin nə siyasətini nə də bığını bəyənirəm.” “Madam,” Churchill cavab verir, “Çox üzr istəyirəm, amma əmin ola bilərsiniz ki, siz nə bığımla, nə də siyasətimlə heç bir təmasda olmayacaqsınız.”
Bir kişi arvadını öldürməkdə şübhəli bilinir. Məhkəmə zamanı vəkil deyir ki, "mənim müştərimin xanımı sağ-salamatdı və indi o qapıdan içəri girəcək". Hamı qapıya tərəf dönür, səssizlik. Heç kim gəlmir. Vəkil deyir, "görürsünüzmü müştərimin günahı olduğu barədə bir şübhəniz yoxdur demək. "Məhkəmə fasiləyə gedir, qayıdarkən kişini günahkar bilirlər. Vəkil çox təəccüblə soruşur ki, "axı siz hamınız qapıya doğru baxırdınız". Hakimdən cavab gəlir, " bizdən bir nəfər sizin müştəriyə göz qoyurdu, hamı qapıya tərəf baxdı, bircə o baxmadı"
Bir kişi və oğlan bərbərxanaya gedirlər.
Kişi saçını kəsdirdikdən sonra deyir “İndi isə oğlanın saçını kəs, mən tezliklə qayıdacam.”
Oğlanın saçını kəsdikdən sonra bərbər soruşur, “Atan nə vaxt gəlib pulu ödəyəcək?”
Oğlan deyir, “O mənim atam deyil. Sadəcə məni küçədə gördü və soruşdu ki saçımı pulsuz kəsdirmək istəyirəmmi.”
(From Sion Rubi, Intelligent Jokes, 2004.)
No comments:
Post a Comment