Monday, January 6, 2014

Səbir

Təxminən bu ifadə hamımıza yaxşı tanışdır " Bağışlayın şəbəkə məşğuldur /operatorlarımız indi sizin zəngə cavab verə bilmir, lütfən xətdə gözləyin, narahatçılığa görə üzr istəyirik". Belə cavablar vacib işi olanlarda ikrah və əsəb doğurur. 
Virgin Atlantic hava yollarına zəng edənlərə isə operatorlar məşğul olan zaman avtomat belə cavab verir. 
"Salamlar, mənim adım Riçar Brensondur. Mən Virgin Atlantic hava yollarının sahibiyəm. Hazırda bütün operatorlarımız məşğuldur. Bu narahatçılığa görə sizdən üzr istəyirik. Gəlin belə edək. Əgər 18 saniyə ərzində sizə heç kim cavab verməsə, siz 450 manat (funt) endirim qazanacaqsınız. Mən saymağa başlayıram artıq - 18, 17, 16, 15…"
Klient həyəcanla qulaq asır və çox arzulayur ki operator dəstəyi götürməsin.

No comments: