Thursday, January 23, 2014

Anti-tank itləri və müharibədə heyvanlardan istifadə

1) Şəkildə gördüyünüz həqiqi itdir. İkinci Dünya Müharibəsində Sovetlər "anti-tank" itlərindən istifadəni sınaqdan keçirdilər. Üzərinə partlayıcı bağlanmış itlərə xüsusi təlim keçilirdi və onlar tanklara tərəf qaçırdılar. Müharibədə istifadə üçün 40 min itə təlim keçilmişdi. 
Amma Sovetlər yanacağa qənaət etmək üçün hərəkət etməyən tanklarla itlərə təlim keçmişdilər. Müharibədə isə təcrübə göstərdi ki, hərəkət edən tanklara qarşı bu metod yaramır, itlər qorxaraq geri öz düşərgələrinə qayıdırlar. Geri qayıdan itlərin üzərindəki saatlı partlayıcılar Sovet əsgərlərini məhv edirdi. Buna görə də çıxış yolu kimi geri qaçan itlərə atəş açılırdı. İlk testdən keçrilən 30 itdən cəmi 4-ü uğurlu nəticə göstərdi, 6 itin bombası isə Sovetlərin düşərgəsində partlamışdı. Almanlar bu metodu çox səmərəsiz hesab edirdilər. Hətta, bu metoddan Sovetlərə qarşı anti-təbliğat vasitəsi kimi də istifadə etdilər. Bütün mətbuatda yazıldı ki, Sovetlər döyüşə girməkdən qorxurlar və əvəzində itləri göndərirlər.
İtlərə keçilən təlimdə bir başqa səhv daha varıydı, Sovet tankları dizel ilə çalışdığından benzinlə işləyən Alman tanklarına qarşı yürüyən itlər fərqli qoxunu duyub çaşırdılar.


2) təkrar: Knyaqinya Olqa görəndə ki Korosten'i tuta bilməyəcək, yerli sakinlərdən tələb edir ki xərac olaraq hər ev ona 3 göyərçin və 3 sərçə verməlidir. Sonra da əmr edir ki hər bir quşa bir az qov (tez alışan mantar/taxta) bağlasınlar. Gecə olarkən qovlar yandırılır və quşlar havaya buraxılır. Quşlar öz yuvalarına doğru uçurlar və şəhəri yandırırlar. 

16-cı əsrə aid edilən bu Alman əlyazmasında da ilkin partlayıcılar təsvir edilib. Şəkildə qalaya hücum edən uçan "roket" quş və qaçan pişik təsvir edilib. 


Bir başqa təsvirdə isə əl qranatı/qumbarası öz əksini tapıb.

No comments: