Məşhur Zen Buddist məbədi - Kinkaku-ji, Kyoto, Yaponiya. 1397-ci ildə inşa edilib. Tikilinin üzəri təmiz qızıldan örtülüb. Bir neçə dəfə bina tamam yandırılıb. 1955-də yenidən inşa edilib.
Bu yeri ziyarət edən Douglas Adams heyrətə gəlir ki bin 14-cü əsrdən necə qorunub bu günə çatıb. Tərcüməçisi ona deyir ki məbəd bir neçə dəfə yandırılıb. Sonra yaponlarla belə bir dialoq olur:
- Demək bu həqiqi (orijinal) bina deyil?
- Əlbəttə ki orijinal olanıdır.
- Axı dediniz onu bir neçə dəfə yandırıblar.
- Aha
- İki dəfə?
- Bir neçə dəfə.
- Və hər dəfə onu yenidən (sıfırdan) qurublar?
- Əlbəttə, bu bizim mədəniyyətimizin şah əsərlərindəndir.
- Hər dəfə tikintidə yeni materiallardan istifadə olunub?
- Aha
- Axı onda bu məbəd necə həmin eyni məbəd ola bilər?
- Bu elə həmişə eyni binadır.
Adams heyrətə gəlmişdi ki, məbəd ideyasının özü Yaponlar üçün daha önəmliydi, nəinki onun hansı materialdan hazırlanması.
No comments:
Post a Comment