Friday, October 11, 2013

yeni dijital əsr-the new digital era


İnternetdən hamı bəhrələnəcək. Heç nəyi olmayanlar nəsə, çox şeyi olanlar isə daha çox əldə edəcəklər. Bunları nümayiş etdirmək üçün bir neçə onillik qabağa gedək və təsəvvür edək ki, siz amerikan şəhərlərinin birində yaşayan gənc mütəxəssissiniz.
Səhər oyanışı ənənəvi qaydada saatın cingiltisi ilə müşayiət olunmur. Onu yenicə hazırlanmış qəhvənin qoxusu, pərdələrin avtomatik çəkilməsindən otağa daxil olan günəş işığı və yüksək texnologiyaya malik yatağınızın etdiyi yumşaq masaj əvəz edir. Böyük ehtimalla oyanarkən özünüzü yaxşıca dincəlmiş hiss edəcəksiniz. Buna səbəb döşəyinizin içindəki sensordur. O iti yuxu fazasının kəsilməməsi üçün beyninizin ritmini müəyyən edir və sizin oyanmanızın daha uyğun vaxtını hesablayır.
Sizin mənzil özünüzün dirijoru olduğunuz əsl elektron orkestrdı. Bəzi əl hərəkətləri və səs əmrləri ilə havanın rütubət və hərarətini tənzimləyirsiniz, işığı yandırıb-söndürürsüz. Son xəbərləri yarışəffaf ekranlardan izləyirsiniz. Elektron təqviminizlə sinxronizə olmuş avtomatik qarderobdan ütülənmiş və təmizlənmiş halda çıxan kostyumunuz bu gün çox önəmli görüşünüzün olduğunu sizə xatırladır. Sonra mətbəxə doğru gedirsiniz. Hərəkət sensorunun köməyi ilə ekranlar sizi müşayiət edir.
Qəhvə içərkən, mərkəzləşdirilmiş məlumat bazası sizə evdə qəhvə ehtiyatının azaldığı haqqında məlumat verir. Məlumatda həmçinin qeyd olunur ki, onlayn dükanların hansındasa endirimli qiymətə yaxşı qəhvə təklif olununr və dostlardan hansılarısa da artıq o qəhvədən alıblar.



No comments: