Wednesday, September 25, 2013

Qumar pulu hesabına tikilən universitet

Macau'da tikilən $1.3 milyardlıq yeni universitet kampusu.
600 minlik əhalisi olan bu şəhər Çinin qumar paytaxtı hesab olunur. 2002-ci ildən bu tərəfə burada 35 kazino açılıb, hər il şəhər iqtisadiyyatı ortalama 14% böyüyüb. Keçən onilliyin ən sürətli inkişaf edən iqtisadiyyatıdır, neftlə zəngin Azərbaycanın və Myanmanın ardından. 
Qumardan gələn illik gəlir 38 milyard dollardır. Macau şəhərinin gəlirlərinin 83%-i kazinoların hesabına formalaşır, Küveytdən sonra profisitlə çalışan ikinci böyük büdcənin sahibi də məhz bu şəhərdir. 
Bu məktəb də kazinoların pulu hesabına tikilib. Artan gəlirlər təhsilin, səhiyyənin və rifahın artımına xərclənir ki iqtisadiyyat diversifikasiya olunsun. Bu universitet layihəsi ilə Çinin liderləri şəxsən maraqlanırlar. 

İndiyədək şəhər məktəblilərinin 40%-i oxumağa xaricə gedirdilər. Gözlənti odur ki universiteti bitirənlər yaxşı alimlər, mühəndislər və menecerlər olacaqlar, hətda kazinolarda çalışan yüksək maaşlı ekspatları da əvəz edə biləcəklər.


Şəkil WSJ


No comments: