Taivanın Houtong şəhərini “Pişik Məkkəsi” - "Pişik adası" adlandırırlar. Bu şəhər bir zamanlar ölkənin mədən sənayesinin önəmli
parçası olub. Hələ Yapon koloniyası zamanlarında ərazidən keçən dəmir yolu
xəttləri burada görüşürdü.1970-ci illərə kimi bu ərazi mədən sənayesinin
mərkəzi rolunu oynayıb. Şəhərdə 220 min ton kömür çıxarılırdı, əhalinin sayı 6
min nəfəri keçmişdi.
1990-cı illərdə mədən sənayesindəki
böhran zamanı işlər azalır və Houtong əhalisi yoxa çıxmağa başlayır, şəhərdə
yalnız bir neçə yüz adam qalır. Şəhərin sahibsiz binaları quru və dağınıq
xarabalığı xatırlatmağa başlayır.
2008-ci ildə isə çox qəribə hadisə
baş verir. Bir pişik-sevər ətrafına könüllülərdən ibarət dəstə yığır və şəhərin
tərk edilmiş, baxımsız yerlərində yaşayan pişikləri üçün yaxşı şərait yaratmağa
başlayır. Pişiklərin şəkillərini internetə yerləşdirirlər. Bundan sonra
minlərlə pişik-sevər bu əraziyə gəlib fotolar çəkməyə başlayırlar. Həftəsonları
bu şəhərə artıq minlərlə turist ziyarət edir.
Beləcə pişiklər Houtong şəhərini
böhrandan çıxarır. Şəhər sakinləri artıq yaxşı yaşamağın yolunu tapıblar, suvenir
dükanları açıblar və pişik formasında şirniyyatlar düzəldib satırlar.
Mənbə: CNN, Taiwan.net
No comments:
Post a Comment