Narcissus (Nərgiz) haqqındə əfsanədə yaddan çıxmış bir iştirakçı da var. Onu qeyd etmək çox hallarda unudulur. Narcissus suda gördüyü öz əksinə aşiq olur. Amma məsələnin hardan gəldiyini çox adam bilmir. Bu ona qarşılıq vermədiyi sevgiyə görə verilmiş cəza idi. Gənc və gözəl Echo (Exo) Narcissus’a vurulur. Lakin onun biganəliklə verdiyi rədd cavabından sonra pis hala düşür. Dostlarını və həyat eşqini tərk edərək dağlara çəkilir və solmağa başlayır. Bir müddət sonra tam əriyir, lakin ondan qalan tək səsi olur. Echo başına gələnlərə görə tanrıları suçlayır. Tanrılar da bundan qəzəblənib onu öz sözündən məhrum edib, başqalarının sözünü təkrar etməyə məhkum edirlər. Bu cəzadan əvvəl Echo Venus’dan (Venera) Narcissus’u cəzalandırmasını xahiş edir. Venus da bu xahişi yerinə yetirir. Narcissus suda gördüyü əksini gözəl nimfaya bənzədir və ona vurulur. Lakin onunla qovuşa bilmədiyi üçün aclıq və taqətsizlikdən ölür. Tanrılar da ona mərhəmət göstərərək ölümündən sonra onu adını daşıdığı çiçəyə çevirirlər.
No comments:
Post a Comment